03-Mart-2011 Sayt öz işini başladı
03-May-2011 Geofizika və geologiya idarəsində karotaj stansiyasının alınması üçün tender müsabiqəsi keçirildi. Məhsullarını təklif etmiş şirkətlər arasından qalib Azərgeomaş EİM elan olundu.
22-May-2011 Nadra şirkətinin istehsalı olan quyu cihazları müvəffəqiyyətlə Veber-01 stansiyasına qoşuldu. Qoşulma prossesində Mədəngeofizika trestinin, Nadra şirkətinin və Azərgeomaş EİM-in müəxəssisləri iştirak etdilər.
06-İyul-2011 Azərgeomaş EİM-in direktoru və geofiziki karotaj şöbəsinin müdiri Qazaxstana səfər etdilər. Səfər zamanı Aktau şəhərində fəaliyyət göstərən “Batısgeofizservis” şirkətinin rəhbərliyi ilə görüşlər keçirildi və imzalanmış müqavilələr üzrə işlərin gedişatı müzakirə olundu.
08-İyul-2011 Qazaxstana edilən səfər çərçivəsində Azərgeomaş EİM-in direktoru və geofiziki karotaj şöbəsinin müdiri Aktöbe şəhərinə gəldilər. Aktöbe şəhərində “MaqneLoq” şirkətinin rəhbərliyi ilə görüşlər keçirildi və nəticə olaraq şirkətlər arasında razılaşma memorandumu imzalandı.