VEBER-01 karotaj stansiyası neft quyularında kəşfiyyat, qazma və istismar prossesində, kompleks geofiziki tədqiqatların yerinə yetirilməsi üçün nəzərdə tutulmuşdur.

Registratorun konstruksiyası üç əsas prinsip üzrə işlənilmişdir: təhlükəsizlik, əhatəlilik, funksionallıq. Baza platforması kimi, məşhur sənaye standartı olan “Avromexanika” istifadə olunur.

Reqistratorun əsas bloku, hündürlüyü 3U(130mm) olan səbətdən ibarətdir və konstruksiyası 19”(düym)-lük korpusa quraşdırılmaq üçün nəzərdə tutulub. Blokun tərkibinə xüsusi hazırlanmış şin ilə birləşmiş cihazlardan gələn siqnal emalı modulları dəsti və quyu cihazlarınn qidalanma mənbələri daxildir. Blok digər yerüstü qurğular tələb etmədən, bu günə məlum olan bütün quyu cihazlarının işləmək qabiliyyətini təmin edir(yeni cihazın meydana çıxması zamanı slot genişlənir). Bundan əlavə karotaj diaqramlarının operativ şəkildə termik kağıza çıxarılması üçün, komplektasiyaya termoplotter daxildir
 Karotaj stansiyasının ölçüləri stolüstü cihazın ölçülərindən böyük deyil.
Stansiyanın çəkisi 15 kq-dır. Siz onu əl ilə daşınan stansiya kimi istifadə edə bilərsiniz.
Buna baxmayaraq stansiya hazırda istifadə olunan həm müasir, həm də, köhnəlmiş yerüstü panelsiz qeofiziki cihazlarla, tam həcmdə işləməyə imkan verir.


Stansiyada 2 hesablayıcı blokla, istehsal gücü saniyədə 1200 milllion əməliyyat gücünə malik, yeni siqnal prosessorları qurulmuşdur.
Bu məqam, siqnalların emalı və mürəkkəb riyazi alqoritmlərin istifadəsi üçün, proqramların yazılmasını asanlaşdırır.Analoq Rəqəmsal Çeviricisinin tətbiqi, 16 bitlik yüksüzləşmə ilə akustik karotaj cihazlarının dalğalı şəkillərini, 96 Db amplitudaya qədər qeydiyyata alınmasını təmin edir

 Siqnalların emalı bloku
  • Qəbul olunan siqnalların növü Analoji,kodla,tezliklə
  • Qəbul olunan siqnalların amplitudası 0,012...10V
  • Qəbul olunan tezlik siqnallarının diapazonu 3...25000 Hz
  • Kod siqnalının aparıcı tezliyi 80 kHz-ə qədər
  • Çevik ARÇ-nin yüksüzləşməsi 16 Bit
  • Siqnalın rəqəmləşdirilməsinin maksimal tezliyi 1 Mhz
  • Ləng ARÇ-nin yüksüzləşməsi 16 Bit
  • Ləng ARÇ-nin girişinin sayı 4
  • Siqnal prosessorunun emal gücü 600 mln. əməl/Saat 
  •  Siqnal prosessorunun yüksüzləşməsi 48 Bit
 
 Avadanlığın tərkibi


 Stansiyanın tərkibində aşağıda göstərilən fuksional qurğular və bloklar mövcuddur.
  •  Dayanıqlı modulda quyu cihazlarından gələn siqnal emal ediciləri 
  •  Personal kompyuterlə əlaqə üçün interfeys 
  •  Çevik analoq-rəqəmsal çeviricisi 
  •  Ləng analoq-rəqəmsal çeviricisi 
  •  Quyu cihazlarının komutasiyası və idarəetmə bloku 
  •  Quyu cihazlarının qidalandırma mənbəsi 
  •  Kabel gərilməsinin reqistrasiya bloku 
  •  Dərinlik ölçmə bloku 
  •  Avadanlığa quraşdırılmış termoplotter 

 Köməkçi avadanlıq
  •  Personal kompyuter 
  •  Stansiyanın proqramını
  •  Birləşdirici kabellər bloku

 Cihazın texniki xarakteristikası

  • Çəkisi  25 kq
  • Ölçüləri 550x320x320
  • Qidalandırma mənbəyi gərginliyi 180-250volt,50Hz
  • Sərf edilən güc 500Vt,(çox olmayaraq)
  • Ətraf mühitin temperaturu +10-dan-+40C-dək 
  • Nisbi rütubət 90%,30°C olduqda

Termoplotter

  • Dəqiqlik 8 nöqtə/mm
  • Çapın sürəti 20mm/san.
  • Kağızın eni 210 və ya 216 mm
  • Rulonun maksimal diametri 60 mm
 
 Quyu cihazının qidalanma bloku


  • Quyu cihazının maksimal gücü 300Vatt
  • Sabit cərəyanın çıxışındakı gərginlik -300...+300 V
  • Dəyişən cərəyanın çıxışındakı gərginlik 0...220 V
  • Sabit cərəyan -3...+3 A
  • Dəyişən cərəyan 0...1 A
  • Çıxışdakı cərəyanın tezliyi 40-450 Hz
  • Gərginlik çıxışında addımın quraşdırılması 0,1 V
  • Cərəyan çıxışında addımın quraşdırılması 1 mA
  • Gərginlik quraşdırılarkən xəta 3%
  • Cərərəyan quraşdırılarkən xəta 3%

 Çıxarıla bilən indikasiya bloku


  • Çəkisi 0,8 kq
  • Ölçüləri 115x97x56
  • Dərinliyin indikasiya diapozonu -1000...9999 m
  • Sürətin indikasiya diapozonu 0...32000 m/san.
  • Dərinlik ölçmə diskretliyi 1 sm
  • Sürət ölçmə diskretliyi 5 m/saat
  • Diyircəyin korreksiya əmsalının diskretliyi 1 sm/km
  • Ətraf mühitin temperaturu -40 ...+65°C