Registratorun proqram təminatı ilk növbədə qeydiyyat proseslərini yerinə yetirmək üçün tərtib olunmuşdur. İstifadəçiyə, kabel itkisini yoxlamaq üçün avtomatlaşdırılmış funksiyalar təqdim olunmuşdur. Nasazlıqların operativ diaqnozlaşdırılması və quyu cihazının 3(üç) damarlı kabeldəki gərginliyini müəyyən etmək üçün, digər imkanlar yaradılmışdır. 

Cihazla işləməyə başlamaq üçün, quyu cihazının növünü və nömrəsini seçmək kifayətdir, cihazlar dəsti ilə işləmək üçün isə, modul seçimi rejimi təqdim olunmuşdur. Stansiya kalibrə proseslərini dəstəkləmək üçün xüsusi rejimə malikdir. Qeydiyyat prosesi zamanı əsas texnoloji parametrlər: dərinlik, cihazın enmə-qalxma sürəti, kabelin dartılması, əlverişli şəkildə görüntüyə gəlir. Bütün texnoloji parametrlər mütləq şəkildə cihaz məlumatları ilə birlikdə yazılır. 

Qeydiyyat parametrlərinin görüntüyə gətirilməsi, bu sahədəki formalaşmış ənənələri nəzərə almaqla yerinə yetirilir. Adi əyrilər üçün görüntünün sürüşdürülməsi, işıq zolaqları, əyrilər arasındakı rənglənmə, və s.kimi imkanlar yaradılmışdır. Dalğalı şəkillər üçün FKD şəkilində variantlar, dalğalı formaların rəng qradientləri ilə rənglənməsi nəzərdə tutulmuşdur. Bundan əlavə son zamanlar tətbiq olunan spektrometrik , skan və həmçinin müxtəlif defektoskop metodları ilə alınmış nəticələrin, yeni üç ölçülü görüntüdə görünüşü tələb olunur. Planşetin tərtibatı maksimum sadələşdirilmişdir. 

Bu,diaqramın stansiyanın termoplotterində və yaxud ofis şəraitində rəngli printer ilə operativ hazırlanmasına şərait yaradır. Registrasiyanın nəticələri xüsusi formalı faylda yaddaşa verilir və onun tərkibinə qeydiyyat materialları , kalibrə parametrləri, planşet maketləri və s. daxil edilir. Belə yanaşma, yazılmış məlumatlar, hansı kalibrə parametrləri ilə yazılmasını müəyyən edir və vaxt itirmədən, planşetin hazırlanması üçün onların ani olaraq görüntüyə gəlməsini təmin edir. Qeyd olunmuş məlumatları, ixrac funksiyasının köməyi ilə 20(iyirmi)yə qədər fayl formatından konvertləşdirmək mümkündür.

  • Yeni proqram platforması 

 VEBER-01 reqistratorunun proqramı MS Windows(XP, Vista) əməliyyat sistemləri üçün işlənilmiş,Microsoft .NET FrameWork 2.0 platforması üzərində hazırlanmışdır. Proqram, adi interfeysə malikdir və istifadəsi nəinki təcrübəli, hətta yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub.

Stansiyanın kompüterlə əlaqəsi üçün 100mbit /saniyəlik sürətli ezernet sistemli interfeysdən istifadə olunub. Bu sürət, böyük məlumat axınının ötürülməsi üçün nəzərdə tutulub və cihazdan gələn böyük axınlı məlumatların qeydiyyata alınmasını təmin edir. 

Proqramla işləyərkən digər məsələlərin də, həlli mümkündür və resurs çatışmamazlığı zamanı(yaddaş və ya prosessor vaxtı) proqram özü barədə sizə xəbər verir. Nəzarət olunan resurslara aşağıdakılar aiddir:

fiziki yaddaş, virtual yaddaş, fayl sistemi, prosess vaxtı, prosesslərin siyahısı 

Bütün digər nizamsızlıqlar, hətta əhəmiyyətsiz kənara çıxmalar da, proqramda tam təsvirlə ayrıca fayla köçürülür. Bu problemin həllini uzaq məsafədən həll etməyi asanlaşdırır. Proqramın loq-faylları hər start zamanı sıxışdırılır.Proqramın tərtibi zamanı onun maksimal təhlükəsiz və stabil işləməsinə diqqət verilmişdir. Etibarlılıq və təhlükəsizlik sisteminin yüksək olması üçün, proqramda Roof adlanan texnoloqiyadan istifadə olunmuşdur. Bu texnoloqiya, proqramın gözlənilməz və ya səhv söndürülməsi zamanı, bütün məşğul resursları azad edir və cihazları qidalanma mənbələrindən avtomatik qaydada ayırır.


  •  Çevik, sazlana bilən interfeys 

 Proqramın qrafik interfeysi, konkret istifadəçinin rahatlığı üçün, sazlanma imkanına malikdir. Siz lazımsız pəncərələri bağlayaraq, iş sahəsini böyüdüb, informasiya panellərinin mövqeyni və ölçüsünü istəyinizə uyğun olaraq dəyişə bilərsiniz. Bütün məlumatlar və dialoq pəncərələri, müvafiq səs rejiminin seçilməsi, xəbərdarlıqların səviyyəsi və s. proqramda sazlana bilər. İstifadəçinin cavabını tələb etmədən zəruri məlumatlar özü cıxan pəncərələr şəklində görünür. Beləliklə, istifadəçi, hər zaman, hadisələrin və proseslərin gedişindən xəbərdar olur və uzun məlumatlar siyahısının oxunmasına ehtiyac qalmır. Proqramın söndürülməsi zamanı interfeys və son istifadə olunan cihaz da, daxil olmaqla, bütün sazlanmalar yaddaşda saxlanılır. Proqramın sonradan qoşulması zamanı yaddaşa verilmiş sazlanmalar bərpa olunur və bu sizə dərhal qeydiyyata başlamağa imkan yaradır. Proqramı yenidən sazlamamaq üçün sazlanmaları digər kompüterə köçürmək mümkündür. 



  • Çox-prosessorlu sistemlərin dəstəklənməsi 

 Hazırkı proqram təminatı, istənilən növ prosessorla səlist şəkildə işləyərək, hipper-treydinqi və çox-prosessorluğu dəstəkləyir. Proqram çox-prosessorlu sistemdə işləyərkən kritik vaxt həddi ilə əlaqəli məsələləri, müxtəlif prosessorlar vasitəsi ilə həyata keçirir. 

  • Məlumat sistemi 

 Praktiki olaraq proqramın hər bir elementi məlumat sistemində təsvir olunmuşdur. Məlumat sisteminə daxil olma F1 düyməsinə basmaqla həyata keçirilir. Məlumat sistemi elə yaradılmışdır ki, bütün suallara kifayət qədər dolğun cavab tapmaq mümkün olsun. İllustrasiyaların çoxluğu, proqramdan istifadə edərkən ortaya çıxan bütün suallara cavabın tapılmasını asanlaşdırır