AKS 44 təlimat

1.Giriş

 

Hazırkı texniki təlimat AKS (dalğalı akustik karotajı cihazı) quyu cihazının (bundan sonra cihaz) işləmə prinsipini və akustik sementölçənin quruluşunu təsvir edir, eləcə də cihazın tam funksionallığını təmin etmək üçün, zəruri sxemləri, konstruksiyaları və texniki xarakteristikaları özündə birləşdirir.

Təlimatda,  avadanlığın istismara verildiyi vaxtdan,  istifadəçinin cihazla aparılan bütün işlərin qaydası ardıcıllıqla göstərilmişdir

Texniki təlimatda struktur, funksional və prinsipial elektrik sxemləri, ümumi görünüşün çertyojları,  cihazın tərkib hissələrinin təsviri, müqavimətin epürləri(diaqram formasında) öz əkslərini tapmışlar.

Texniki təlimatda istifadə olunan vahidlərin siyahısı.

t – fasiləsiz elastik dalğaların yayılma intervalının zaman vahidi;

L– elastik dalğaların absorbasiya(udulma) əmsalı;

Ti– elastik udalğaların şüalandırıcıdan qəbulediciyə çatdığı vaxt;

Ai– qəbulediciyə daxil olan  uzunmüddətli fasiləsiz elastik dalğaların nisbi amplitudası;

HÇ- 12(±3)kHz tezlikdə şüalanan elastik dalğaların dəyişməsi zamanı, şüalandırıcının iş rejimi;

 

 

–  22(±5)kHz tezlikdə şüalanan elastik uzunmüddətli dalğaların dəyişməsi vaxtı şüalandırıcının iş rejimi;

VNÇ– növbə ilə NÇ və VÇ rejimində işləyən şüalandırıcının iş rejimi;

FNÇ-aşağı tezliklərin filtri;

FVÇ-yüksək tezliklərin filtri;

İUSP-quyu cihazının idarəetmə impulsları;

2.TƏYİNATI

2.1. AKS (dalğalı akustik karotajı cihazı) quyu cihazı (bundan sonra cihaz), diametri 110-dan 300 mm qədər olan, yuyucu məhlulla doldurulmuş, temperaturu 150°C , hidrostatik təzyiqi  120 MPa qədər olan neft və qaz quyularında, 2500 m/saat sürətilə karotaj işlərinin aparılması üçün, nəzərdə tutulmuşdur.

2.2. Cihaz,  Veber-01, Kedr-02 tipli  karotaj stansiyaları və 7000 metrlik üç damarlı yükdaşıyan geofiziki kabel ilə istismar olunmaq üçün, nəzərdə tutulmuşdur.

Göstərilən avadanlıqlarla cihaz akustik karotaj metodu ilə geniş geofiziki məsələlərin həllini mümkün edir, bütün növ  fasiləsiz,  uzunmüddətli elastik dalğaları  təyin edilməsini təmin edir (uzunmuddətli, çarpaz, Lemba-Stounli).

3.Cihazın tərkibi

Cədvəl 1.

TəyinatıAdıSayıQeyd
Quyuda uzunmuddətli fasiləsiz, çarpaz, Lemba-Stounli şüalarının təyini.Quyu cihazı

 

Ehtiyyat hissələri və alətlər komplekti

1 ədəd

 

1 dəst

 

 

4.TEXNİKİ PARAMETRLƏR.

4.1. Akustik zondun şüalandırıcısı üç iş rejimində işləyir- NÇ, VÇ  və VNÇ.

4.2. Akustik zondun şüalandırıcısında yaranmış dalğalnma paketinin ilk üç yarım periodunda,  elastik  dalğaların görunmə tezliyi,  NÇ rejımındə işləyərkən 12(±3)kHz,  rejımındə işləyərkən 22(±5)kHz-dir. VNÇ rejimində olarkən,  şüalandırıcı  növbə ilə  və VÇ rejimlərində işləyir.

4.3. Cihaz,  ∆t-nin çevrilməsini (transformasiyası)  120-dən 660 mks/m- dək təmin edir.

4.4.  Cihaz,  Lin transformasiyasını 0-dan 30 dB/m- dək təmin edir.

4.5. Cihaz, Ti və Ainduksiya parametrlərinin transformasiyasını təmin edir (i -1-dən 6 qədər).

4.6. Quyu cihazının qidalandırılması, 50 Hz tezlikli  dəyişən elektrik cərəyan mənbəsindən 220 V müqavimətlə işləyən karotaj stansiyası  vasitəsilə

həyata keçirilir.

Cihazın sərf etdiyi güc 15 Watt-a qədərdir.

4.7. Cihazın elektron blokunun qidalandırılması, karotaj stansiyası (Veber-01, Kedr-02) vasitəsilə  həyata keçirilir.

Karotaj stansiyasının  sərf etdiyi güc 3 Watt-a qədərdir.

4.8. Quyu cihazının işçi temperaturu -10-dan +120°C-yə, hidrostatik təzyiqin maksimal həddi 120 Mpa qədərdir.

4.9. Karotaj stansiyası üçün (Veber-01),  işçi temperatur  10-dan +45°C-yə, havanın nisbi rütubəti 30°C –də 90%-ə qədərdir.

4.10. Quyu cihazına mexaniki təsir; 35 m/san² təcildə, vibrasiya 10-dan 70Hz qədər olan diapazonda. Zərbə yükü; maksimal təcil- 150 m/san²-dən başlayaraq.

4.11.  Karotaj stansiyasına (Veber-01) mexaniki təsir; 10 m/san² təcildə, vibrasiya 10-dan 60Hz qədər olan diapazonda. Zərbə yükü; maksimal təcil- 50 m/san²-dən başlayaraq.

4.12. ∆ L üçün, cihazın çeviricilik əmsalı (0,4±0,002) m.

4.13. Bənd 4.3.-də göstərilən diapazonda, zondun uzunluğu 1,5 m, bazanın ölçüsü 0,4 m olduqdqa və şüalandırıcı VÇ rejimində işlədikdə  ∆–nin çevrilməsi zamanı,  cihazda icazə verilən nisbi xəta ±3% -dir.

4.14.  Bənd 4.4.-də göstərilən diapazonda, zondun uzunluğu 1,5 m, bazanın ölçüsü 0,4 m olduqdqa və şüalandırıcı VÇ rejimində işlədikdə Lin çevrilməsi zamanı,  cihazda icazə verilən nisbi xəta ±5 dB/m -dir.

4.15. Quyu cihazına təsir edən, bənd 4.8.-də göstərilən hidrostatik təzyiqdə,  ∆–nin çevrilməsi zamanı,  cihazda icazə verilən əlavə nisbi xəta-hər 10 MPa üçün,  ±3% -dir.

4.16.  Quyu cihazına təsir edən, bənd 4.8.-də göstərilən hidrostatik təzyiqdə Lin çevrilməsi zamanı,  cihazda icazə verilən əlavə nisbi xəta-hər 10 MPa üçün,  ±0,5 dB -dir.

4.17. Ətraf mühitin temperaturu 20 dən 150 °C diapazonunda dəyişdikdə,  quyu cihazına olunan təsir nəticəsində,  ∆–nin çevrilməsi zamanı,  cihazda icazə verilən əlavə nisbi xəta 10 MPa üçün, 10 °C-dir.

4.18. Ətraf mühitin temperaturu 20 dən 150 °C diapazonunda dəyişdikdə,  quyu cihazına olunan təsir nəticəsində,  Lin çevrilməsi zamanı,  icazə verilən əlavə nisbi xəta-hər 10 MPa üçün,  ±0,5 dB -dir.

4.19.  Quyu cihazına təsir edən, bənd 4.6.-da göstərilən elektrik müqavimətinin dəyişməsi nəticəsində ∆–nin çevrilməsi zamanı,  cihazda icazə verilən əlavə nisbi xəta-,  ±1,3% -dir.

4.20.  Quyu cihazına təsir edən, bənd 4.6.-da göstərilən elektrik müqavimətinin dəyişməsi nəticəsində Lin çevrilməsi zamanı,  cihazda icazə verilən nisbi xəta ±2,0 dB/m-dir.

4.21. Cihazın iş rejiminə hazırlığı-qoşulduqdan sonra 15 dəqiqədir.

4.22. Cihaz fasiləsis rejimdə işləməni təmin edir. Normal şəraitdə cihazın fasiləsiz rejimdə işləmə müddəti 8-saatdır, 4.8. bəndində verilmiş işçi temperaturun üst həddində-1 saatdır.

 
  

4.23. Cihazın ölçüləri və  çəkisi.

Quyu cihazının diametri                                      44 mm

Quyu cihazının uzunluğu                                     3600 mm

Quyu cihazının çəkisi                                            25 kq

4.24. Etibarlılıq göstəriciləri.

4.24.1.  Cihazın işləməsində qüsur yaranması üçün, ortaq nominal əməliyyat saatı 80 saatdan az olmamalıdır.

4.24.2. Quyu cihazı üçün, iş rejiminin bərpasına  sərf olunan vaxt 8 saatdan az olmamalıdır.

4.24.3. Cihazın istismar müddəti altı ildir.

4.24.4. Cihazın tam nizam işləməsi vaxtı 15 saatdan az olmamalıdır.

4.25. İstismar şəraitində  ∆–nin və Lin çevrilməsinin maksimal ədədi xətası, RD 50-453-64 metoduna əsasən aparılır.

Hesablama aparmaq üçün, ilkin məlumat kimi, formulyarda və texniki təlimatda əksini tapmış cihazın metroloji xarakteristikasından istifadə olunur.

t –çevrilməsi zamanı əsas nisbi xəta ∆t(δ₍∆t₎) faizlərlə.

Lin çevrilməsi zamanı əsas nisbi xəta hər metrə desibellərlə.

Ətraf mühitin temperaturunun 10 °C dəyişməsi nəticəsində ∆t –çevrilməsi zamanı əsas nisbi xəta, ∆t(δ₍∆t₎) faizlərlə.

Ətraf mühitin temperaturunun 10 °C dəyişməsi nəticəsində Lin çevrilməsi zamanı, əsas nisbi xəta (L₍∆t₎) hər metrəyə desibellərlə.

Elektrik gərginliyinin dəyişməsi nəticəsində ∆t –çevrilməsi zamanı əsas nisbi xəta (δ₍∆tu) faizlərlə.

Elektrik gərginliyinin dəyişməsi nəticəsində Lin çevrilməsi zamanı əsas nisbi xəta (δ₍t₎ e) hər metrə desibellərlə.

İstismar şəraitində quyu cihazında yarana bilən nisbi xətanın hesablanması ∆t(δ₍∆t₎) faizlərlə və (LL₎e) hər metrə desibellərlə aşağıdakı düsturla aparılır.

Burada;

K=1,7 – sabit əmsal

tn- ölçü aparılan zaman temperatur,°C

t20- normal temperatur,°C

Pn-ölçü aparılan zaman təzyiq, MPa

 

 

 

5.Quyu cihazı ilə  işləmə

5.1. İşləmə prinsipi

5.1.1. Cihazın iş prinsipi, elastik dalğalı impulsların yaradılması,  onları tədqiqat aparılan zonadan keçirdikdən sonra, alınan məlumatların oxunması, emalı, daha sonra  karotaj stansiyasına ötürərək,  alınan elastik dalğalı impulsları hesablayıb,  onların yayılma vaxtını müəyyən edərək, amplituda parametrlərinin qeydiyyatını aparmaqdan  ibarətdir.

5.1.2. Cihazdan gələn məlumatların oxunması karotaj stansiyasının vasitəsilə aparılır(Veber-01, Kedr-02).

5.1.3. Quyu cihazının akustik zondu, cihazın yığılma modelindən asılı olaraq, quraşdırılmış üç zondun biri ilə uzlaşır.

İ(1,5)P1(0,2)p2(0,2)p3; İ(1,5)P1(0,2)P2(0,2)p3(1,5)P4(0,2)P5(0,2)P6

İ(1,5)P4(0,2)P5(0,2)P6(0,5)P1(0,2)P2(0,2)P3

5.1.4. Cihaz karotaj stansiyası ilə birlikdə, akustik zondun üç elementli zondlarının  biri ilə ölçü işlərini aparır. Bu zaman P1, P3 və ya P4, P6 səs qəbuledicilərindən istifadə olunur. Şüalandırıcı NÇ və ya  VÇ rejimlərində işləyir.

5.1.5. Şüalandırıcı VNÇ rejimində olduqda  iki elementli zondların biri ilə işləmə təmin olunur.   Bu zaman P2  və ya P5  səs qəbuledicilərindən istifadə olunur.

5.1.6. Quyu cihazının gücləndiricisi dörd pilləli nizamlama əmsalına malikdir.

5.1.7. Zond seçimi, şüalandırıcının iş rejimi və cihazın gücləndiricisinin ötürmə əmsalının nizamlanması,  karotaj stansiyasından verilən komanda vasitəsilə həyata keçirilir.

5.1.8. İş rejimindən və həll edilməli metodiki tapşırıqlardan asılı olaraq, cihazda mövcüd olan  optimal siqnal traktının seçilməsi mümkündür.

Karotaj stansiyasında filterlərin qoşulmasının üç kombinasiyası mövcuddur:

FVÇ 2 kHz, FVÇ 7 kHz və PF(2,5) KHz-VL.

5.1.9. Quyu cihazı karotaj stansiyasına iki damarla və kabel zirehi ilə qoşulur.

5.1.10. Cihazın komplektinə xarici diametri 90 mm olan şüalandırıcı bloklar daxildir.

5.2. Quyu cihazınin idarə olunması

Quyu cihazınin idarə olunması karotaj stansiyasının kitabxanasında yerləşən drayver vasitəsilə həyata keçirilir. Drayverin menyusunda idarəetmə impulslarının ardıcıllığı və onlara müvafiq şüalandırıcıların iş rejimi göstərilmişdir. Burada səs qəbuledicilərinin  kommutasiya alqoritmləri və quyu cihazının gücləndiricisinin çoxpilləli əmsal vahidləri öz əksini tapmışdır.

5.3.Quyu cihazının funksional sxemi

5.3.1.Quyu cihazı iki hissədən-funksional blok və elektron blokdan ibarətdir.

5.3.2.1. Akustik zond şüalandırıcı blokdan və hər birində üç səs qəbuledicisi yerləşdirilmiş iki səs qəbuledicisindən ibarətdir.

5.3.2.2. Elektron blok səs qəbuledicilərinin qəbul etdiyi şüalandırıcını işə salır və siqnalların güclənməsini təmin edir.

Elektrom blokun tərkibinə, uzlaşdırıcı transformator, formalaşdırıcı və gücləndirici plata, kondensatorlar, cərəyan açarları və qidalandırma bloku daxikdir.

Gücləndirici platanın üzərində yığılmış element bazası, səs qəbuledicisindən alınmış siqnalların gücləndirilməsinə və kommutasiyasına xidmət edir.

Formalaşdırma platasının üzərində yığılmış element bazası,  cərəyan açarları, kommutator  və attenyuator gücləndiricisi ilə idarə olunan, elastik dalğaların formalaşmasını təmin edir.

Karotaj stansiyası ilə elektron blokun uzlaşması razılaşdırıcı transformator vasitəsilə,  fantom sxem əsasında həyata keçirilir. Transformatorun orta nöqtəsinə qidalandırma bloku və  elastik uzunmüddətli dalğaların yaranma qurğusu  birləşdirilmişdir.

Akustik zondun səs qəbuledicisi, çıxışları kommutatorun  girişi ilə birləşdirilmiş gücləndiriciyə qoşulmuşdur. Kommutatorun çıxışına səs qəbuledicilərinin birindən daxil olan siqnal verilir. Bu siqnal ardıcıl olaraq, idarə edilən attenyuatora, müqavimət gücləndiricisinə, razılaşdırıcı transfarmatora, daha sonra kabel vasitəsilə karotaj stansiyasına  ötürülür.

5.4. Səs qəbulediciləri bloku

Səs qəbuledicisinin blokunun tərkibi,  aktiv element kimi,   keramikadan hazırlanmış sferik pyezoelement formalı,  üç  səs qəbuledicisindən ibarətdir. Səs qəbuledicisi 1-də P1, P2, P3; Səs qəbuledicisi 2-də P4, P5, P6 qəbulediciləri quraşdırılmışdır.

5.5. Şüalandırıcı blok

Şüalandırıcı bloklar anoloji sxemlə hazırlanmışdır.

Şüalandırıcı,  iki həlqəli maqnitostriksion elektroakustik çeviricidən ibarətdir.

Şüalandırıcının sarğacı  iki özülün üzərində quraşdırılmış iki seksiyadan ibarətdir. Sarğıların istiqaməti biri birinə mütənasibdir.

5.6. Quyu cihazının konstruksiyası

Quyu cihazı akustik zonddan  (3) və elektron blokdan (1)  ibarətdir. Zöndun (3)üzərində yerləşən vtulka (2) akustik zondla elektron blokun uzlaşmasını təmin edir.

5.6.1.  Elektron blok

Elektron bloku,  elemen bazasından (13) və sentratorlu (2) korpusdan ibarətdir.

Elektron blok (13) kabel başlığına birləşdirilmək üçün, başlığa malikdir. Birləşmənən hermetikliyini təmin etmək üçün, həlqəvari rezin  tutqaclardan və  ftoroplast sıxıcılardan istifadə olunur.

Blokun funksional qovşaqları(13) xüsusi qapaqlarla (12) örtülmüşdür.

 6. Texniki vəziyyətin yoxlanılması.

6.1. Mütamadi şəkildə, ildə bir dəfədən az olmayaraq, quyu cihazı metodiki təlimatlara əsasən texniki baxışdan keçirilməlidir.

6.2. Sistematik istismar zamanı, cihazın konstruksiyasının elementləri ayrı-ayrılıqda texniki baxışdan keçirilməlidir.

7.Ümumi göstərişlər

7.1. Ouyu cihazının elektron sxemi, yarımkeçerici elementlərdən; tranzistorlardan, mikrosxemlərdən. tiristorlardan, diodlardan ibarətdir. Hətta qısa müddətdə belə, elektrik cərəyanının cihaza səhv verilməsi onun element bazasını sıradan çıxara bilər.

7.2.Birləşdirmə vahidləri ilə əməliyyat yüksək dəqiqliklə aparılmalıdır. Rezin hermetiklərlə işləyərkən  analoji rəftar olmalıdır.

7.3. Cihazın yoxlanılması və təmiri xüsusi emalatxanalarda həyata keçirilməlidir.

7.4. Avadanlıq istifadəçi tərəfindən istismara verilməzdən əvvəl aşağıdakı qaydalara əməl olunmalıdır;

Quyu cihazı qutudan çıxarılmalıdır;

Pasporta əsasən komplektasiyanın uyğunluğu yoxlanılmalıdır;

Konservasiya yağı silinməlidir;

Əmin olunmalıdır ki, cihazın üzərində mexaniki zədələr yoxdur;

 8. Təhlükəsizlik qaydaları

8.1. Quyu cihazı ilə işə yalnız texniki təhlükəsizlik üzrə imtahan vermiş mütəxəssislər buraxılır.

8.2. Xidmət personalı hazırkı təlimatla tanış olmalıdır.Təlimatın yerinə yetirilməsinin məsuliyyəti iş icraçısının və müvafiq bölümün rəhbərinin üzərindədir.

8.3. Karotaj stansiyası qaldırıcının korpusuna və torpaqlama qovşağına qoşulmadıqda, quyu cihazının işə salınması qadağandır.

8.4. Quyu cihazının sxemlərinin işini yoxladıqda, müqavimət altında olan elementlərə toxunuş imkanı varsa,  xüsusi ehtiyytlı olmaq lazımdır. Tutuma malik kondensatorlar hətta qidalandırma dayandıqdan sonra bir müddət elektrik yükünü özündə saxlayır.

8.5. Elektrik  qidalandırması  verilərkən,  cihaza toxunmaq qadağandır.

9.İşə hazırlıq

9.1. Birləçdirmə sxemlərinə müvafiq olaraq, quyu cihazını geofiziki kabellə, kabel başlığı vasitəsilə karotaj stansiyasına birləşdirin.

9.2. Quyu cihazını, diametri 200-300 mm, divarlarının qalınlığı 7 mm olan içi su ilə dolu polad boruya yerləşdirin.

9.3. Quyu cihazının NÇ və VÇ rejimində işləməsini müəyyən edin. By zaman ossiloqrafın ekranında görünən dalğa paketinin tezliyinin iki dəfə artması baş verməlidir.

9.4. Quyu cihazının VNÇ rejimində işləməsini müəyyən edin. Ossiloqrafın ekranında iki xətt müşahidə olunmalıdır. Xətlərin birinin dalğa paketi NÇ rejiminə, digərinin VÇ rejiminə uyğun gəlməlidir.

9.5. Quyu cihazının gücləndiricisinin “əmsal dəyişmə” funksiyasının işləməsinə əmin olun. VNÇ çeviricisinin düyməsini bir neçə dəfə işlədin. 4 pilləli nizamlama sayı olduqda və düyməni hər dəfə işlətdikdə, quyu cihazının gücləndiricisinin əmsalı,  təqribən 2,5 dəfə dəyişməlidir.

9.6. Səs qəbuledicisi blokunda, “səs qəbuledicisi seçimi” funksiyasının işləməsinə əmin olun.

9.7. Nəzarət ossiloqraf vasitəsilə həyata keçirilir- P4, P6-dan gələn elastik dalğaların impulsunun  çatma vaxtı, P1 və P2-dən gələn impulsların çatma vaxtından iki dəfə tez olmalıdır.

10.Cihazın quyuda işə hazırlığı

10.1. İlkin hazırlıq baza şəraitində  yerinə yetirilir və 9-cu bənddə göstərilmiş zəruri  işlərdən ibarətdir.

10.2. Son hazırlıq , bilavasitə karotaj işlərindən öncə həyata keçirilir.  İşlər bu ardıcıllıqla  həyata keçirilir.

10.3. Cihazı quyu ağzına gətirdikdən sonra, daşınmada istifadə olunan qapaqlar və digər qoruyucu elementlər çıxarılır. Oymaların və sıxıcı həlqələrin vəziyyəti yoxlanılır.

10.4. Sıxıcı həlqələr xüsusi sürtkü yağı vastəsilə yağlanır(QOST 9433-80).

10.5. 140 mm-dən az diametrli quyularda işlədikdə, quyu cihazının elektron blokunun korpusunda olan mərkəzləşdirici (sentrator) çıxarılmalı və blokun başlığına amortizator quraşdırılmalıdır.

Amortizator kabel ucluqlu başlığa birləşdirilir.

10.6. Kabel ucluğunun konnektorunun 1 və 2-ci yuvalalarına kontakt pazları yerləşdirilir.

10.7. Kabel ucluğu quyu cihazının başlığına birləşdirilir.

10.8. Cihaz quyuya buraxılır və karotaj stansiyası hazırlıq vəziyyətinə gətirilir.

 

11.İş ardıcıllığı

11.1. Quyu cihazını quyuya buraxın. Enmə əməliyyatı zamanı maksimal sürət 5000 m/saat-dır.

11.2. Enmə əməliyyatına nəzarət dalğalı şəkillərin dəyişilməsi ilə müşayət olunur. Dalğalı şəkillərin olmaması, cihazın işinin dayanmasını göstərir. Vəziyyətdən asılı olaraq enmənin sürətini azaltmaq mümkündür. Dalğalı şəkillərin itməsi halı mütəmadi baş verdikdə, cihazı quyudan çıxarın və sentratorun ressorlarının sayını azaldın.

11.3. Verilmiş dərinlik intervalında  ölçü işlərini aparın.

11.4. Quyu cihazının ötürmə əmsalı, aparılan metodiki işlərin növündən asılı olaraq müəyyənləşdirilir.

11.5.Qalxma zamanı karotaj aparıldıqda, maksimal sürət 2500 m/saat-dır.

12.Saxlanılma qaydaları.

12.1.Uzunmüddətli saxlanma zamanı, ətraf mühitin temperaturu 10-35°C, nisbi rütubət 80%  qədər olmaqla qapalı tikilidən istifadə olunmalıdır.

12.2. Quyu cihazı saxlanılan tikilidə, temperatur kəskin şəkildə dəyişməməlidir.

12.3. Cihaz  saxlanılan tikilidə, korroziya yarada biləcək aqressiv mühit olmamalıdır.

 

 

 

 

AzərGeoMaş

Elmi İstehsalat Müəssisəsi

 

 

 

 

İSTİSMAR TƏLIMATI

Akustik karotaj sementölçən

AKS-44

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

AzərGeoMaş

Elmi İstehsalat Müəssisəsi

 

Bakı şəhəri

2017 il