Metrologiya

Metroloji laboratoriya,  AZS ISO/IEC 17025:2009 standartına uyğun olaraq “Geofiziki cihaz və avadanlıqların kalibrləmə laboratoriyası” olaraq  Dövlət Akkreditasıya Xidməti  tərəfindən   akkreditasıya olunmuşdur.

Müəssisənin metroloji xidməti, texniki nəzarət şöbəsindən, yoxlama ölçü laboratoriyasından və ölçmə vəsaitlərinin təmiri və sınağı laboratoriyasından  ibarətdir

Metroloji işlərin keyfiyyəti, peşəkar personal həm də  unikal sınaq və kalibrləmə qurğuları vasitəsilə təmin olunur. Mərkəzin bazasında akustik karotaj,  radioaktiv karotaj,  elektrik karotajı, inklinometr və işləməyə nəzarət quyu cihazlarının kalibrlənməsi həyata keçirilir.

Metroloji yoxlamanın nəticələri və cihazın texniki vəziyyəti haqqında sifarişçiyə ətraflı məlumat verilir.

Standart nümunələr və kalibləmə qurğuları, metroloji attestasiyadan keçirilmiş və sertifikatlaşdırılmışdır
 

Kalibrləmə qurğuları

  • Qamma karotaj modullarının kalibrləmə qurğusu;
  • Akustik quyu cihazlarının kalibrləmə ı qurğusu;
  • Təzyiq göstəricilərinin kalibrləmə qurğusu;
  • Temperatur göstəricilərinin kalibrləmə qurğusu;
  • İnklinometrlərin kalibrləmə qurğusu;
  • Kavernamer və profilomerlərin kalibrləmə qurğusu;
  • İnduksiya karotajı zondunun kalibrləmə qurğusu;