KP-76 təlimat

1.Giriş

Hazırkı texniki təlimat KP-76  (kavernomer-profilomer quyu cihazı) quyu cihazının (bundan sonra cihaz)  işləmə prinsipini və avadanlığın  quruluşunu təsvir edir, eləcə də cihazın tam funksionallığını təmin etmək üçün, zəruri sxemləri, konstruksiyaları, texniki xarakteristikaları özündə birləşdirir.

Təlimatda,  avadanlığın istismara verildiyi vaxtdan,  istifadəçinin cihazla aparılan bütün növ işlərin (istismar, təmir, nizamlama, sazlama) qaydası ardıcıllıqla göstərilmişdir.

Texniki təlimatda struktur, funksional və prinsipial elektrik sxemləri, ümumi görünüşün çertyojları,  cihazın tərkib hissələrinin təsviri öz əksini tapmışdır.

Texniki təlimat öyrənilərkən, əyani vəsait kimi, cihazla bilavasitə tanışlıq, məsləhətdir. Cihazla tanışlıq aparıldıqda, daşınmada istifadə olunan qapaqlar və digər qoruyucu elementlər çıxarılır.

 Cihaz Veber-01, Kedr-02 tipli  karotaj stansiyaları və 7000 metrlik üç damarlı yükdaşıyan geofiziki kabel ilə istismar olunmaq üçün nəzərdə tutulmuşdur.

 Quyu cihazı ilə işə, yalnız texniki təhlükəsizlik üzrə imtahan vermiş mütəxəssislər buraxılır.

2.Təyinatı

KP-76  kavernomer-profilomer quyu cihazı, neft-qaz quyulrında 180°C temperaturda və 120 mPa hidrostatik təzyiqdə,  quyu lüləsinin  iki çarpaz,  perpendikulyar (diametr) ölçülərini təyin etmək üçün, hazırlanmışdır.

3.Texniki imkanları.

3.1. Aparılan ölçülərin diapazonu  100-dan 600 mm qədərdir.

3.2.Quyu cihazı üçün, ətraf mühitin işçi temperaturu 10-dan 180°C-yə qədərdir.

3.3. Ölçü qolları, quyu ağzında yerləşən karotaj stansiyası tərəfindən idarə olunur. Qolların açılıb-bağlanma müddəti 2 dəqiqədən artıq deyil.

3.4. 100-600 mm diametrdə aparılan iş zamanı, hər bir qolun quyu divarına sıxılma gücü, 60N-dən az, 200N-dan çox deyil.

3.5. Hər üç kanal üçün, quyu diametrinin  təyini zamanı, icazə verilən nisbi xəta, aşağıda göstərilən düsturla hesablanır.

100-200 mm diapazonda

 

 

 

100-200 mm diapazonda

 

 

Burada Lx– diametrin ölçü vahididir, mm.

L=200 mm

3.6. Cihazın mütləq xətası, standart siqnaldan istifadə etdikdə 3.5 bəndində verilmiş əsas mütləq xəta nisbətini aşmamalıdır. Bu zaman temperatur göstəriciləri 3.2. bəndində göstərilənlərə uyğun olmalıdır.

3.7. Çeviriçilik əmsallarının minimal həddi  0,25 mV/mm-dir.

3.8. “Qeydiyyat” rejimində quyu cihazı,  40-dan 60 mA qədər sabit stabilləşmiş cərəyanla qidalanır. Qidalanmanın qeyri stabilliyi 1% qədərdir.

3.9. Quyu cihazının qolları  “Açılma-Bağlanma” rejimində işlədikdə, qidalandırma 50 Hz tezlikdə, müqavimət 220 V  olmaqla,  dəyişən cərəyanla həyata keçirilir. Cihazın sərf etdiyi güc 10 Watt-a qədərdir. Dəyişən cərəyanda 50 W-dır.

3.10. Stabil iş rejiminə hazır olma vaxtı, cihaz qoşulduqdan sonra-15 dəqiqədir.

3.11. Cihazın fasiləsiz,  nizam işləməsi vaxtı 15 saatdan az olmamalıdır.

3.12.Quyu cihazının çəkisi 76 kq-dır.

4.Cihazın tərkibi

Cədvəl 1.

Təyinatı

Adı

Sayı

Qeyd

quyu lüləsinin  iki çarpaz,  perpendikulyar (diametr) ölçülərini təyin etmək üçün.

Quyu cihazı

 

Ehtiyyat hissələri və alətlər komplekti

 

1

 

1

 

 5.Cihazın quruluşu.

5.1.İşləmə prinsipi

KP-76 quyu cihazı, üç damarlı zirehli kabellə işləyir. Cihazın tərkibində, 4 ədəd rezistiv hərəkət sensoru (datçik) yerləşdirilmişdir. Bunların hər biri mexaniki olaraq,  öz qolu ilə birləşmiş və  ardıcıll qrup şəklində kabelin birinci damarı ilə  zirehinə qoşulmuşdur.  Qrupun qidalandırılması, karotaj staniyasından verilən,  sabit, stabil cərəyanla həyata keçirilir.

Hər bir sensorda gərginliyin aşağı enməsi, onun müqavimət nisbətinə müvafiqdir.  Ölçmə qovşağına sensorlar cüt yerləşdirilmışdir. Beləliklə, cüt sensorların müqavimətnin dəyişməsi, diametrin dəyişməsinə müvafiqdir.

İki diametrin və onların cəmlərinin yarısının ölçülməsi rejimində 3 damardan istifadə olunur.

İkinci və üçüncü damarla bir diametr ölçülür, üçüncü damarla və kabelin zirehı ilə ikinci diametr ölçülür. Diametrlərin cəminin yarısı, ikinci damar və kabelin zirehi ilə ölçülür.

Quyu cihazı,  “Qeydiyyat” rejimində iki diametrin və onların cəmlərinin yarısını ölçməkdən başqa, qolları çoxsaylı açıb bağlama imkanına malikdir. Bunun üçün, ikinci və üçüncü damar, elektrik mühərrikinə yönəldilir və karotaj stansiyasından verilən   50 Hz tezlikli, 220 V müqavimətli dəyişən cərəyan hesabına qollar açılıb-bağlanır.

 

5.2.Funksional elektrik sxemi.

5.2.1. Quyu cihazı üç iş rejiminə malikdir.

Standart-siqnal

Qeydiyyat

Qolların açılıb-bağlanması

5.2.2. Quyu cihazı kommutasıya və elektromexaniki bloklardan ibarətdir.

5.2.3. Kommutasiya bloku özündə, hermetik kontaktları olan, maqnit idarəetməsi prinsipinə malik, MKS 27103 tipli iki releni özündə birləşdirir. Bunların köməyi ilə “Standart-siqnal” rejimində kabelin ikinci və üçüncü damarları qoşulur.

5.2.4. Elektromexaniki blokun tərkibində dörd qol mövcuddur. Onların hər biri mexaniki olaraq öz sensorları  və mühərriklə uzlaşmışlar.

5.3. Prinsipial elektrik sxemi.

5.3.1.Quyu cihazı  bir- biri ilə birləşdirilmiş iki korpusdan ibarətdir.

Kommutasiya bloku, elektromexaniki blokla birləşdirilməsi üçün, XSİ konnektoruna, kabel ucluğuna birləşdirilməsi üçün isə, XPİ konnektoruna malikdir.

Standart-siqnal müqavimətinin R1 və R2 rezistorları, müvafiq olaraq, registratorun 1-ci və 2-ci kanallarına uyğundur.

L1 drosseli və C1, C2 kondensatorları, elektrik mühərrikinin  işi zamanı, kabelin 1-ci damarında mövcud olan 50 Hz tezlikli,  dəyişən cərəyanın filtrasiyasını yerinə yetirir.

Blokun K1 və K2 releləri,  kabelin damarlarının, standart-siqnal rezistorlarının, sensorların və elektrik mühərrikinin tələb olunan iş rejimdə işləməsini təmin etmək üçün, kommutasiya rolunu daşıyırlar.

 R3, R4, R5, R6 rezistorları, elektrik mühərrikinin qidalandırma gərginliyinin, K1 blokunda ardıcıl birləşdirilmiş kontaktlar arasında,  bərabər paylanmasını yerinə yetiriir.

Elektromexaniki blok, kommutasıya bloku ilə birləşdirilməsi üçün, XPİ konnektoruna malikdir.

Elektromexaniki bloka  ştokları mexaniki olaraq,  qollara birləşdirilmiş və ardıcıl qoşulmuş, B1, B2, B3,B4,   4 hərəkət sensoru  yerləşdirilmişdir.

M1 elektrik mühərriki qolları idarə edir (açılma-bağlanma). Mühərrikin iki sarğacı ardıcıl birləşdirilmişdir. Mühərrik, 50 Hz tezlikli,  dəyişən cərəyanla qidalandırılır. Bu zaman,  üç damardan istifadə olunur(1, 2 damar və kabelin zirehi).

SA1 və SA2 mikro çeviriçiləri, qölların tam açılıb və ya bağlanması zamanı  “Bloklama” xəttini işə salır.

5.4. Konstruksiya.

5.4.1. Quyu cihazı kommutasiya blokundan (1) və elektromexaniki blokdan (8) ibarətdir.

Korpus (2) kommutasiya blokunun hermetikliyini təmin edir. Qayka (7) blokların birləşməsini həyat keçirir.

Elektromexaniki blokun(6) başləğında yerləşdirilmiş şponka (4) kommutasiya blokunun rozetkası (3) ilə elektromexaniki blokun (8) çəngəlini (5) birləşdirmək üçün, nəzərdə tutulmuşdur.

Quyu cihaszının kommutasiya bloku, şassiyə(5) bənzər korpusa malikdir. Buraya elektrik sxeminə uyğun olaraq, məftillər vasitəsilə funksional qovşaqlar birləşdirilmişdir. Şassi (5)  həlqə (21) və iki yrarım həlqə(22) ilə birləşdirilmiş  iki hissədən ibarətdir.

Funksional qovşaqlar aşağıdakı ardıcıllıqla birləşdirilmişdir: çəngəllər (2), blok-rele (K1-9), blok-rele K2-12, blok (R-13), iki blok (C-14), blok (R-15), rozetka (16).

Drossel (7), blok-rele (9, 12), iki blok (C-14) şassiyə M4 vintlərilə bərkidilmişdir. Blok R-13 və R-15 isə M3 vinti ilə bərkidilmişdir.

K1, K2-19 blok-releləri (12) də əlavə olaraq M3  vinti ilə bərkidilmişdir.

K1, K2-19 blok-releləri (12) metallik sütun üzərində yığılmışdır (10). Sütunun üzərinə platalar və gerkon tərkibli sarğaclar  bərkidilmişdir. Gerkonların kontaktları, plata üzərinə lehimlənmişdir. Sarğac üzərinə quraşdırılmış gerkon kontaktları müəyyən etmək üçün. onların qulaqcığı 2 mm  uzunluğunda kəsilmişdir.

Ötürücülər jqutla birləşdirilmişdir (11). Jqut və jqutun çıxışları  şassiyə plankalarla birləşdirilmişdir(6).  Şassi yarım həlqənin vasitəsilə başlığa birləşdirilmişdir.

Kommutasiya bloku korpusa quraşdırılır. Başlığa birləşmə yeri, sıxıcı rezin həlqələrlə və ftorplast şaybalarla hermetikləşdirilir. Saxlanıldıqda və daşındıqda kommutasiya blokunun başlığına qapaq taxılır, digər əks tərəfinə isə paz vurulur.

Elektromexaniki blok, qolların açılıb-bağlanmasını karotaj stansiyasından gələn siqnallarla yerinə yetirir. Qolların quyu divarına elastik vəziyyətdə sıxılması, həndəsi vahidlərin dəyişməsini təmin edir və perpendikulyar müstəvidə elektrik siqnallarının  alınması nəticəsində,  quyu diametrinin ölçülərini təyin edir. Ölçü, dörd müstəqil qol vasitəsilə aparılır.

5.4.2. Mühərrikin idarə olunması, karotaj stansiyasının (Veber-01, Kedr-02) vasitəsilə yerinə yetirilir. Mühərrikin reduktorunun çıxış valının üzərində, qoruyucu mufta yerləşdirilmişdir. Fırlanma momenti, qayka-vint cütlüyünə ötürülür. Cütlük reduktorun giriş valının fırlanmasını,  ştanqaların hərəkətinə çevrilməsini  təmin edir.

Qolların açılması, ştanqalar əks istiqamətdə hərəkət edərkən baş verir.

5.4.3. Elektromexaniki blokun əsas hissələri, başlıq, mexaniki hissə və qollar yerləşdirilmiş korpusdur. Mexaniki hissə şassiyə quraşdırılmış mühərrik, reduktor, mufta və güc qovşağından ibarətdir.

Başlıq  elektromexaniki blokun, kommutasiya blokuna birləşdirilməsini təmin edir. Prujinin altında yerləşdirilmiş konnektorda, blokların uzlaşması üçün, elektrik çəngəli mövcuddur. Birləşmə yeri, elastik həlqələrlə və ftoroplast prokladka ilə hermetikləşdirilmişdir. Daşınma vaxtı başlığın üzərinə qapaq taxılır.

5.4.4. Başlığın üzərinə vtulka, 4 boltla bərkidilir. Bu cür birləşmə şassini deformasiyadan qoruyur. Şassinin korpusuna, vintlərlə bərkidilmiş, üzərində asinxron mühərriki olan kronşteyn quraşdırılmışdır. Mühərrikin valına bərkidilmiş mufta,  reduktorun giriş valına qoşulmuşdur.

6.İstifadə olunan alətlər

  6.1. Cihazın texniki vəziyyətinin yoxlanılması məqsədilə,  onun sökülüb-yığılmasının təmini üçün, komplektə zəruri alətlər və qurğular daxildir.

Yoxlama işləri üçün, nəzərdə tutulmuş  alət və qurğular, alınan  “standart-siqnal”ların nizamlanması və diametrin ölçülməsi zamanı, əmələ gələn xətanın azaldılmasına xidmət edir. Alət və qurğular alıcının sifarişi ilə əlavə ölaraq  təchiz olunur.

7.Ümumi göstərişlər

  7.1. Avadanlıq istifadəçi tərəfindən istismara verilməzdən əvvəl aşağıdakı qaydalara əməl olunmalıdır;

Cihazın yoxlanılması və təmiri, xüsusi emalatxanalarda həyata keçirilməlidir.

Quyu cihazını daşınma qutularından çıxarın. Pasporta uyğun olaraq onun komplektasiyasını yoxlayın. Əmin olun ki, quyu cihazının üzərində mexaniki zədələr yoxdur.

Cihazın elektron blokunun qidalandırılması, karotaj stansiyası (Veber-01, Kedr-02) vasitəsilə  həyata keçirilir. Karotaj stansiyasının proqramının  drayverlər kitabxanasında, cihazın müvafiq drayverini tapın. Qolların açılıb bağlanması komandasını verin.

Kommutasiya və elektromexaniki blokun birləşməsinin etibarlılığını yoxlayın. 

8.Təhlükəsizlik qaydaları

8.1. Quyu cihazı ilə işə, yalnız texniki təhlükəsizlik üzrə imtahan vermiş mütəxəssislər buraxılır.

8.2. Xidmət personalı hazırkı təlimatla tanış olmalıdır.Təlimatın yerinə yetirilməsinin məsuliyyəti iş icraçısının və müvafiq bölümün rəhbərinin üzərindədir.

8.3. Karotaj stansiyası, qaldırıcının korpusuna və torpaqlama qovşağına qoşulmadıqda, quyu cihazının işə salınması qadağandır.

8.4. Quyu cihazının sxemlərinin işini yoxladıqda, müqavimət altında olan elementlərə toxunuş imkanı varsa,  xüsusi ehtiyyatlı olmaq lazımdır. Tutuma malik kondensatorlar hətta qidalandırma dayandıqdan sonra, bir müddət elektrik yükünü özündə saxlayır.

8.5. Elektrik  qidalandırması  verilərkən,  cihaza toxunmaq qadağandır.

 9.İşə hazırlıq

 İlkin hazırlıq baza şəraitində  yerinə yetirilir və 7-ci bənddə göstərilmiş zəruri  işlərdən ibarətdir.

Cihazı quyu ağzına gətirdikdən sonra, daşınmada istifadə olunan qapaqlar və digər qoruyucu elementlər çıxarılır. Oymaların və sıxıcı həlqələrin vəziyyəti yoxlanılır.

Sıxıcı həlqələr xüsusi sürtkü yağı vastəsilə yağlanır(QOST 9433-80). Elektromexaniki blokun duru dielektrik məhlulla dolu olması yoxlanılır.

Cihazı katotaj stansiyasına birləşdirin. Qolların sərbəst açılıb bağlanması üçün, quyu cihazını yerdən təqribən 0,80 metr hündürdə qurulmuş, metal dirsəklərin üzərinə qoyun. Idarəetmə blokunun ön və arxa qapaqlarını çıxarın.

Karotaj stansiyası vasitəsilə verilən komandadan sonra, qolların sərbəst açılıb bağlanmasına əmin olun.

 “Standart-siqnal” rejimində stansiyaya  daxil olan cərəyanın vahidi, 400 mm diametrə bərabər cərəyan vahidinə uyğundur.

Quyu cihazının korpusuna 200 mm ölçüdə kalibrə həlqəsini yerləşdirin. Əmin olun ki, alınan siqnal, “standart-siqnal” vahidinin yarısına bərabərdir. Ölçü rejiminə keçmək üçün, karotaj stansiyasından müvafiq komandanı verin.

Stansiyanı, kavernametriya və profilometriya əyrilərini çəkməyə  hazırlayın. İki diametrin və onların cəmlərinin yarısını ölçmək üçün, 3 kanaldan istifadə olunur. Mexaniki korrektorların vasitəsilə, parıltıları (blikləri) “0” şkalasında quraşdırın. Daha sonra quyu cihazını “standart-siqnal” rejimində işə salın və əsas parıltıları 8 sin şkalasında quraşdırın. Beləliklə şkalanın hər 1 mm-i, quyu lüləsinin diametrinin 6 mm-nə bərabərdir.

Karotaj stansiyası vasitəsilə verilən komandadan sonra, qolları bağlı vəziyyətə gətirin və elektromexaniki korpusun üzərindən kalibrə həlqələrini çıxarın.

10.Quyuda iş

Cihazı quyuda işə hazırlayarkən, aşağıdakı qaydalara əməl edin;

Nəqliyyat vasitəsindən elektromexaniki və kommutasiya blokunu çıxarın. Əgər quyu ağzına gətirilməzdən əvvəl quyu cihazına  texniki baxış keçirilməyibsə, bunu edin. Elektromexaniki bloku, arxası irəli şəkildə arabaya yerləşdirin və quyu ağsına gətirin. Arabadan düşürmədən kommutasiya blokunu,  elektromexaniki bloka birləşdirin. Kabel ucluğunu, kommutasiya blokunun başlığına qoşun.

Elektromexaniki bloku  kommutasiya blokuna və kabelin ucluğunu kommutasiya blokunun başlığına birləşdirməzdən əvvəl, sıxıcı həlqələrin və konnektorların vəziyyətini yoxlayın.

11.İş ardıcıllığı

Quyu cihazını məhlula çatana qədər quyuya endirin. Quyu cihazını yalnız bağlı qollarla endirmək olar.

Karotaj stansiyasını işə salın. Cihazın drayverini açdiqdan sonra “standart-siqnal” rejimini qoşun.

Bütün kanallarda, halvonometrin parıltılarının xətasını L=8 sm qurun. Bu zaman yazının miqyası 1:5-dir.

400 mm dən artıq diametrin ölçülməsi zamanı, “0” korrektoruun köməyi ilə, halvonometrin parıltılarını sola çəkib yenidən “standart-siqnal”ı yazmaq lazımdır . Bu zaman miqyas dəyişməyəcək.

Cihazı tədqiq olunan intervala buraxın. Qolları açın. Kalibrə vahidlərinin düzgünlüyünə əmin olun. Zərurət yarandıqda, kalibrəni yenidən yerinə yetirin və ya korrektə edin.

Qeydiyyatı, quyu cihazını qaldıranda aparın. Verilmiş intervalda yazı aparıldıqdan sonra qollara bağlayın.

13.Parametrlərin ölçülməsi, nizamlama və sazlama.

Parametrlərin ölçülməsi zamanı , nizamlanma və sazlanma bu ardıcıllıqla aparılmalıdır:

Qoryucu muftaların sazlanması;

Açılmanı idarə edən son qovşağın sazlanması;

Qolların  vəziyyətinin nizamlanması;

Bağlamanı idarə edən son qovşağın sazlanması;

Sensorların nizamlanması və sazlanması;

“Standart-siqnal” rezistorlarının seçilməsi.

Parametrlərin ölçülməsi üçün, quyu cihazının nizamlanması və sazlanmasında aşağıdakı nəzarət-ölçü cihazlarından istifadə olunur.

Rəqəmsal voltmetr

Ölçü diapazonu………………………………………………………… 0-dan 10 V qədər

Dəqiqlik növü…………………………………………………………… 0,05V

Rəqəmsal ommetr

Ölçü diapazonu………………………………………………………… 10¯³-dən başlayaraq 10⁹Ω

Nisbi xəta………………………………………………………………… ±0,025-dən ±1%

Ölçü xətkeşi

Ölçmə həddi…………………………………………………………….. 0-1000 mm

Ayrılıqda bölmələrin xətası…………………………………………. ±0,05

Ştangersirkul…………………………………………………………….. 400-0,1 qədər

İcazə verilə xəta………………………………………………………….. ±1

Müqavimət maqazini

Ölçü diapazonu………………………………………………………….. 0,1-dən 99999,9 Ω-dək

Dəqiqlik növü…………………………………………………………….. 0,216 · 10¯⁶

 

Parametrlərin ölçülməsi zamanı , nizamlama və sazlama işləri apararkən, elektromexaniki blokdan yağı boşaldın və korpusu çıxarın.

Elektromexaniki blokun iş qabiliyyətini təmin etmək üçün, qoruyucu muftanı elə nizamlayın ki, optimal fırlanma momenti, minimum həddə olsun. Bu cür nizamlama, mühərriki artıq yüklənmədən qoruyur.

Qoruyucu muftanı nizamladıqda, qolları tam açın. Qaykaları kənar həddə qədər açın və prujini boşaldın.

Mühərriki qoşun və qoruyucu muftalar yerini dəyişənə qədər qolları bağlayın. Daha sonra mühərriki söndürün. Prujini bərkidmək üçün, qaykanı bir dövr bağlayın.

Açılıb-bağlamanı idarə edən, şəbəkənin son açarının nizamlanması, qolların tam açıq olduğu zaman, mühərrikin söndürülməsini təmin etmək üçündür.

Qolların nizamlanması, onların bərabər vəziyyətdə açılıb-bağlanmasını təmin etmək üçündür.

Sensorların  müqavimətlərinin “0” həddinin, diametrin “0” həddi ilə uzlşdırılmasından sonra, quyu cihazının işçi diapazonunun bir nöqtəsi ilə kalibrə olunması mümkün olur.

Ölçü qollarını açın və rəqəmsal ommetri, sensorun konnektor üzərindəki çıxışına qoşun.

1 və 2-ci kontakt, radius sensoru-1;

3 və 11-ci kontakt, radius sensoru-2;

9 və 14-cü kontakt, radius sensoru-3;

15 və 16-cı kontakt, radius sensoru-4;

Verilmiş düsturla, hər bir sensorun ölçülən radiusa müvafiq olaraq,  müqavimətini təyin edin, 100 mm, R, Ω

 

Burada            və           radius hesablanarkən (350 və 100 mm, Ω), tapılan vahid, sensorların minimum və maksimum  müqavimətlərinin orta göstəricisidir.

K – ölçülən radiusların bərabər fərqlərinin əmsalı.

L – radius, 100 mm

13.Texniki vəziyyətin yoxlanılması.

 Mütamadi şəkildə, ildə bir dəfədən az olmayaraq, quyu cihazı metodiki təlimatlara əsasən texniki baxışdan keçirilməlidir.

 Sistematik istismar zamanı, cihazın  konstruksiyası elementləri ayrı-ayrılıqda texniki baxışdan keçirilməlidir.

Birləşdirmə vahidləri ilə əməliyyat yüksək dəqiqliklə aparılmalıdır. Rezin hermetiklərlə işləyərkən  analoji rəftar olmalıdır.

Cihazın yoxlanılması və təmiri xüsusi emalatxanalarda həyata keçirilməlidir.

14.Markirovka və qutulaşdırma.

Quyu  cihazının başlığının üzərindəki nişanlar;

-Cihazın markası;

-nömrə və istehsal tarixi.

Qutulaşdırmadan əvvəl konservasiya, QOST 9.014-78 standartına uyğun yerinə yetirilmişdir. 

Müvəqqəti olaraq, korroziya əleyhinə müdafiə variantları:

-quyu cihazı üçün-VZ-1.

Cihazın daxili qutulaşdırma variantı- VU-4, QOST 9.014-78.

 Daşınma markirovkası QOST 14192-96 standartına uyğundur.

 Cihaz qutulaşdırılmış şəkildə, tara yeşiklərində təchiz olunur.

Yeşik tipi Ş-1, QOST 2991-85 standartına uyğun.

 Avadanlığın brutto çəkisi-50 kq.

15.Təhlükəsizlik tədbirləri

İstehsal, sınaq və istismar zamanı, təhlükəsizlik tələbləri QOST 26116-84 standartı üzrə.

Quyu cihzının tərkib hissələrinin konstruksiyası, onun hazırlanmasında, sınağında və istismarında personalın təhlükəsizliyini təmin etməlidir.:

  • QOST 12.1.019-79;
  • “Geoloji kəşfiyyat işlərində təhlükəsizlik qaydaları”;
  • “İstehlakçının elektrik qurğularının istismarı zamanı texniki istismar qaydaları və İstehlakçının elektrik qurğularının istismarı zamanı təhlükəsizlik qaydaları”;
  • “Yüksək təzyiq altında işləyən kameraların istismar və təhlükəsizlik qaydaları”

 

İş vaxtı təhlükəsizlik tədbirləri

Quyu cihazı ilə iş, hazırki texniki təlimat əsasında aparılmalıdır.

 

Təmir-profilaktik işlər zamanı, təhlükəsizlik tədbirləri.

Təmir-profilaktik işləri və cihazın sınağını, yalnız xüsusi avadanlıqlarla quraşdırılmış emalatxanalarda, elektrik təhlükəsizliyi üzrə  klasifikasiyası 4-cü dərəcədən aşağı olmayan mütəxəssislər apara bilər.

Təmir-profilaktik işlər və cihazın sınağı, hazırki texniki təlimat əsasında aparılmalıdır.

Sınaq üçün, istifadə olunan alətlər yerlə birləşdirilməlidir.

Yanğın təhlükəsizliyi qaydaları

Quyu cihazının istismarının bütün mərhələlərində QOST 12.1.004-85 standartlarına əməl edin.

Yanğın baş verərsə bu əməliyyaları yerinə yetirin:

  • Dərhal işi dayandırın və cihazı söndürün;
  • Karotaj stansiyasının güc qovşaqlarında, avtomatik söndürmə vəziyyətini qurun. Karotaj qaldırıcısında olan yanğınsöndürəni hazırlıq vəziyyətinə gətirin və köpük axınını yanğının mənbəsinə yönəldin.

 

16 Saxlanılma

Cihaz konservləşdirilmiş şəkildə, nəqliyyat qutularında. temperaturu 5°C dən 40°C qədər olan, nisbi rütubət 25°C-də 80 % olmaqla, qapalı tikilidə saxlanılır.

Uzunmüddətli saxlama zamanı, quyu cihazının tərkib hissələri korroziya əleyhinə müdafiə məqsədilə konservasiya olunmalıdır.

17 Nəqliyyat qaydaları

Cihaz, yük daşıma qaydalarına müvafiq fəaliyyət göstərən, istənilən nəqliyyat vasitəsilə daşına bilər.

Nəqliyyat məsafəsinə və sürət məhduduyyətinə görə, tələb qoyulmur.   

Cihazın yüklənməsi və boşaldılması zamanı, onun zərbəyə məruz qalmamasını təmin etmək vacibdir