Üç rolikli ölçü sistemi

AzərGeoMaş

Elmi İstehsalat Müəssisəsi

 

 

AVADANLIĞIN  İSTİSMAR  TƏLİMATI

 

Üç rolikli ölçü sistemi

 (spuler)

 

Baki    2017

1.Giriş.

Hazırkı sənəd, avadanlığın qaydalara uyğun istismarı və təhlükəsizliyin təmini üzrə, zəruri məlumatlar toplusudur.

Tətbiq sahəsi neft-qaz sənayesində özüyeriyən və stasionar qurğularda qalxma-enmə əməliyyatlarının aparılmasına nəzarət.

2.Təyinatı.

VEBER-Spuler, proqramlaşdırılan nəzarət-ölçü kompleksi, neft-qaz sənayesində qalxma-enmə əməliyyatlarının aparılması vaxtı nəzarətin  avtomatlaşdırılması və əməliyyatların qeydə alınmasını təmin edir.

VEBER-Spuler cihazı geofiziki karotaj qaldırıcısına quraşdırılır və aşağıda göstərilən funksiyaları yerinə yetirir.

  • Quyu cihazlarının qalxma-enmə əməliyyatları zamanı, sürəytin ölçülmməsi və indikasiyası.
  • Geofiziki kabelin gərilməsinin ölçülməsi və indikasiyası.
  • Geofiziki kabelin maqnit nişanlarının təyin edilməsi, və siqnalların karotaj stansiyasına ötürülməsi.
  • Geofiziki kabelin uzunluğu və indikasiyası müxtəlif diskretliklə, impulslar vasitəsilə kompleksin karotaj stansiyasına verilməsi.
  • İstifadəçi tərəfindən kabelin dərinliyi və gərilməsinin parametrləri proqrama daxil edilib,  çıxış siqnalları vasitəsilə xəbərdarlıq və qəza haqqında məlumatların monitorda əks olunması.
  • Personal kompüterin proqram təminatı ilə sorğulanan-dərinlik, surət, gərilmə və maqnit nişanlarının cari parametrlərinin RS-232 (USB2.0); interfeysi vasitəsilə monitorda göstərilməsi.
  • Qrafik təqdimat, analiz və hesabatların formaşdırılması üçün, yazılmış prosesin faylının personal kompüterə ötürülməsi.

 

3.İşləmə prinsipi

 

Surət  və dərinliyə nəzarət

  • İdarəetmə bloku dərinlik ötürücüsündən hesablanma impulslarını və istiqamət siqnallarını alır. İstıfadəçi tərəfindən geofiziki kabelin yerdəyişmə vahidləri proqrama daxil edilir.
  • Dərinliyin cari vahidi formata salınır və displeyə verilir.
  • Eyni vaxtda carı vəziyyət, dərinliyin istıfadəçi tərəfindən quraşdırılmış alt və üst vahidləri ilə müqayisə olunur.
  • Enmənin aşağı həddi keçildikdə, “QƏZA” işıq diodu işə düşür. Əgər enmə əməliyyatı davam edirsə, cihaz operatora verilmiş dərinlik həddinin keçilməsi haqda xəbərdarlıq edir.
  • Qalxma zamanı üst həddə 100 metr qalmış, cihazın dərinlik indikatorunun qısamüddətli yanıb-sönmə rejimi işə düşür və xəbərdarlıq siqnalı verilir.
  • Qalxma zamanı quyu ağzına çatdıqda cihazın dərinlik indikatorunun qısamüddətli yanıb-sönmə rejimi işə düşür və hərəkətin dayandırılması siqnalı xəbərdarlığı verir.
  • Hərəkət zamanı, cıhaz yerdəyişmənin ani surətini hesablayır və istifadəçinin tələbinə uyğun olaraq metr/san və ya km/saat vahidlərində displeydə əks olunur.
  • Hərəkət zamanı cihaz, karotaj stansiyasına kvantlama addımları (inkrement və ya dekrement) impulslarını ötürür və bunun da ölçüləri istifadəçi tərəfindən “Kvantlama addımının çəkisi” parametrlərində quraşdırılır.
  • Cihazın klaviaturası vasitəsilə dərinlik vahidini sıfırlama və ya qabaqcadan dərinlik vahidlərini (müsbət və ya mənfi) quraşdırmaq mümkündür.
  • İstifadəçi tərəfindən verilmiş vaxt intervalları vasitəsilə, cihaz dərinliyin cari göstəricilərini Fləş-yaddaşa yazır.

 

Gərilmə parametrlərinin ölçülməsi və gərilmə vahidinə nəzarət:

Veber-spuler bloku gərilmə ötürücüsündən, gərginlik səviyyəsində siqnqllar alır.

Ötürücünün siqnalı analoq-rəqəmsal çeviricisi vasitəsilə formalaşır və rəqəmsal formada geofiziki kabelin gərilməsi hesablanır.

Gərilmə kanalının kalibrəsi vaxtı alınmış çevrilmə xaraterinin cədvəli vasitəsilə gərilmənin gücü hesablanır. Alınmış vahid, cihazın displeyinə daxil edilir(kq və ya x10 kq).

Eyni zamanda cari güc vahidi, istifadəçi tərəfindən verilmiş maksimal həddlə müqayisə olunur. Verilmiş maksimal həddə çatdıqda cihazın gərilmə ötürücüsünün qısamüddətli yanıb-sönmə rejimi işə düşür və hərəkətin dayandırılması siqnalı xəbərdarlıq verir.

Gərilmə ötürücsündən alınan analoq siqnalı xüsusi naqillə karotaj stansıyasına verilir.

Cihazın klaviaturası vasitəsilə, istifadəçi gərilmə vahidini sıfırlaya bilər.

Cıhaz fasiləsiz qaydadad gərilmənin dəyişmə vahidini hesablayır və hesablamaları, verilmiş qeydiyyat parametrləri ilə müqayisə edir.

Maqnit nişanlarının qeydiyyadı:

Veber-spuler bloku maqnit sahəsi detektorundan, gərginlik səviyyəsində siqnqllar alır.

Detektorun siqnalı analoq-rəqəmsal çeviricisi və potensiometrin”Nişanın həssaslığı” vasitəsilə formalaşır.

Kabeldə maqnit nişanlarının təyini, maqnit sahəsindəki nişanın  qütbləşməsi hesabına yerinə yetirilir. Nişanın müəyyənləşməsi verilmiş həssaslıqdqan, kabelin hərəkətinin istiqamətindən və quraşdırılmış histerezisə uyğun olaraq,  proqramlaşdırılmış rəqəmsal komparator  vasitəsilə həyata keçirilir.

Maqnit nişanının təyini, qısa siqnalla və displeydə işıq diodunun yanıb sönməsi ilə müşahidə olunur.

Eyni vaxtda cihaz karotaj stansiyasına maqnit nişanlrının impulsunu ötürür.

Rəqəmsal rabitə kanalı:

Veber-spuler bloku, personal kompüterin tələbinə uyğun olaraq(dərinlik, surət, gərilmə, maqnit nişanları), monitorun ekranında əks etdirilməsi və kompüterlə  telemetrik qeydiyyat məqsədləri üçün, cari nəzarətdə olan vahidləri təqdim edir.

Cihaz söndürüldükdə verilmiş  parametrləri, həmçinin söndürülən vaxta olan cari dərinlik parametrlərini və digər qeydləri yaddaşda saxlayır.

 

Cihazın enmə-qalxma əməliyyatına hazırlaşdırılması.

Enmə-qalxma əməliyyatına başlamazdan əvvəl, cihazda təqvimin düz göstərilməsinə əmin olun. Sınaq məqsədilə quyu cihazını məlum məsafəyədək endirib qaldırın və dərinlık, surət, gərilmə, maqnit nişanları parametrlərinin işləməsini təyin edin. Əmin olun ki, dərinlik indikatoru kabelin keçdiyi məsafəni düzgün hesablayır, surət indikatoru real surəti  əks etdirir, gərilmə indikatorunun göstəriciləri, kabelə düşən yükə uyğundur və maqnit nişanı siqnalları dayanıqlıdır.

Səs və işıq siqnallarının işləməsi, həmçinin enmə-qalxma əməliyyatı zamanı istənilən dərinlikdə əməliyyatı bloklamaq üçün, müvafiq dərinlikdə metrlə, gərilməni isə kq-la  hesablamaqla cihazı proqramlaşdırmaq zəruridir. İstismar təlimatının “Quraşdırma” bölməsində siqnalların və bloklamanın üst və alt hədlərinin proqramlaşdırma ardıcıllığı izah edilmişdir. Gərilmənin hədlərinin quraşdırılması metodikası, təlimatın “Yaddaş” bölməsində göstərilmişdir.

Görülmüş işlər haqqında obyektiv hesabatın alınması üçün, qeydiyyat parametrlərinin sazlanması, arzu edilən yazı rejiminə müvafiq olmalıdır və tələb olunarsa zəruri dəyişiliklər aparılmalıdır.

İşə başlamazdan əvvəl (həmçinin iş vaxtı), iş yerindəki işıqlandırmadan asılı olaraq,  cihazın displeyində lazımi dəyişiklikləri yerinə yetirin.

Bunun üçün “Quraşdırma” səhifəsinə keçin və B1 düyməsini basaraq saxlayın. Təqribən 3 saniyədən sonra, displeyin işıqlanması artmağa başlayacaq. Maksimal işıqlandırmaya çatdıqdan sonra, displey minimal işıqlandırma rejiminə keçir. Düymə basılı saxlandıqca bu əməliyyat davam edir. İşıqlanmanın dəyişmə surəti təqribən hər 4 saniyədən bir artır. Optimal işıqlandırma həddinə çatdıqda düyməni buraxın. Bundan sonra cihaz işə düşdükdə, displey operatorun quraşdırdığı işıqlandırma həddində işləyəcək. Zərurət yaranarsa, operator işıqlanma həddini dəyişə bilər.

Geofiziki kabeldə maqnit nişanları siqnalının dayanalılığını təmin etmək məqsədilə, iş prossesində operator potensiometrin köməyi ilə komparatorun həssaslığını optimallaşdıra bilər. SNNS maqnit nişanından istifadə edərkən, potensiometri saat əqrəbinin əksi istiqamətinə çevirməklə komporatorun həssaslığını artırmaq, saat əqrəbi istiqamətinə çevirməklə isə yanlış nişanlara qarşı həssaslığı azaldmaq mümkündür.

 “Quraşdırma” işçi səhifəsi.

B3 düyməsini basdıqda cihaz Əsas işçi səhifəasindən “Quraşdırma” səhifəsinə keçir. Bu zaman “Quraşdırma” işıq diodu fasiləsiz olaraq yanıb sönür. Səhifə dərinlik parametrlərinin qabaqcadan daxil edilməsi və enmə-qalxma əməliyyatının hədlərinn quraşdırılması üçündür.

1000.05 dərinliyin cari vəziyyəti (kabelin uzunluğu) (m)

0050- üst hədd (m)

1500- alt hədd (m)

Səhifəyə keçid zamanı displeyin üst sətrində dərinlik parametrləri göstəriləcək.Bu funksiya dərinlik göstəricilərini korrektə etməyə imkan verir. Burada alətin dayandığı yerə uyğun olaraq istənilən dərinlik vahidlərini daxil etmək, real maqnit nişanına uyğun olaraq cihazın göstəricilərini korrektə etmək mümkündür.

İkinci sətrdə qalxma zamanı dərinliyin üst həddi quraşdırılır və bu həddə çatdıqda qəza siqnalizasiyası işə düşür. Əgər kabelin uzunluğu bu vahiddən az olarsa, dərinlik indikatoru yanıb-sönmə rejiminə keçir və cihaz bucurqadın bloklanması siqnalını verir. Bundan sonrakı qalxma əməliyyatı səs siqnalı ilə müşayət olunur.

Alt sətrdə enmə zamanı dərinliyin alt həddi quraşdırılır və bu həddə çatdıqda qəza siqnalizasiyası işə düşür. Əgər kabelin uzunluğu bu vahiddən az olarsa, dərinlik indikatoru yanıb-sönmə rejiminə keçir və cihaz bucurqadın bloklanması siqnalını verir. Bundan sonrakı qalxma əməliyyatı səs siqnalı ilə müşayət olunur.

B1-düyməsi- “İşıqlanmanın quraşdırılması”/”Redaktə zamanı rəqəm siçimi”

В2-düyməsi – “Redaktə/Dərəcə seçimi”

B3-düyməsi- “Növbəti səhifəyə keçid”/ “Əlavə səhifəyə keçid”

В3+В1-düyməsi    –  “Əsas səhifəyə qayıdış”

В2+В1-düyməsi     –  «Dərinlik hədləri parametrlərinin bərpası”

Bu səhifədə displeyin lazım olan parametrlərdə quraşdırmaq imkanı var. Bunun üçün “Quraşdırma” səhifəsinə keçin və B1 düyməsini basaraq saxlayın. Təqribən 3 saniyədən sonra, displeyin işıqlanması artmağa başlayacaq. Maksimal işıqlandırmaya çatdıqdan sonra, displey minimal işıqlandırma rejiminə keçir. B1 düymə basılı saxlandıqca bu əməliyyat davam edir. İşıqlanmanın dəyişmə surəti təqribən hər 4 saniyədən bir artır. Optimal işıqlandırma həddinə çatdıqda B1 düyməsini buraxın. Bundan sonra seçilmiş işıqlandırma parametri, cihazın enerji asılılığı olmayan yaddaşda saxlanılır.

Dərinlik parametrlərinin quraşdırılması və enmə-qlxma hədlərini daxil etmək üçün B” və B! Düymələrindən istifadə olunur.

Redaktə rejiminə daxil olmaq üçün, b2 düyməsini basın. Bu zaman üst sətrin sol küncündəki işarələr redaktəyə hazır olduğunu bildirərək yanıb-sönür. B2 düyməsi təkrar basıldıqda, növbəti korrektə olunmalı sətrə keçid baş verir.

Səhifədə olan sətrlər redaktə olunduqdan sonra B2 düyməsi son dəfə basılır və redaktə rejimindən çıxır. Bu zaman heç bir sətr yanıb sönmür.

Yanıb sönən sətrdə rəqəmlə olan parametrləri dəyişmək istədikdə B1 düyməsi qısa olaraq basılır və göstərilən rəqəm bir vahid artır. Sətrə lazımi vahid daxil edildlkdən sonra B2 düyməsini basaraq  növbəti sətrə keçilir.

Əgər cari sətrdə vahidləri dəyişmək lazım deyilsə, B2 düyməsini basın və növbəti sətrə keçin.

Qeyd: Redaktə olunan parametrlər, digər parametrlərə keçdikdə yaddaşda saxlxnılır. Bu səbəbdən B3 və ya B3+B1 düymələrinin kombinasiyası redaktə bitməmişdən, əks olunan redaktə parametrlərninin, enerji asılılığı olmayan yaddaşda saxlanmasına zəmanət yoxdur(yanıb-sönən sətrlər nəzərdə tutulur).

Cihazın  quraşdırma parametrlərinin redaktə edilməsi, əsasən bu standart metodika ilə həyata keçirilir. Bəzi parametrlərin redaktəsi müvafiq səhifələrdə öz əksini tapmışdır.

 

4.Funksional xarakteristikası.

  • Kabel uzunluğunun (dərinliyin) indikasiyası: 1 metrlə 1 sm-ə qədər.
  • Dərinlik vahidlərinin quraşdırılması: -99999 dan 999999 sm-dək.
  • Enmə və qalxma vaxtı max və min hədlərin proqramlaşdırılması: 1-dən 9999 metrədək.
  • Quyu cihazı enmə və qalxma vaxtı proqramlaşdırılmış həddə çatdıqda, səs və işıq siqnalizasiyası.
  • Geofiziki kabelin indikasiyası: 10-dan 9990 kq-dək.
  • Gərilmənin yuxarı həddinin proqramlaşdırılması: 10-dan 9990 kq-dək.
  • Kabelin surətinin indikasiyası:.9999 m/saat и 10..99 km./saat;
  • Maqnit nişanlarının səsli və işıqlı siqnalizasiyası.
  • Cihazın enerji asılılığı olmayan yaddaşında, cihazın dərinlik hədlərinin qeydiyyatı;
  • Dərinliyin qeydiyyatı üçün, zaman intervallarının verilməsi.( 1-dən 10 san-dək);
  • Reaal vaxta uzlaşma ilə gərilmənin qeydiyyatı;
  • Gərilmə ötürücüsündən alınan gərginlik siqnallarının karotaj stansiyasına ötürülməsi;
  • Kabelin maqnit nişanları impulslarının karotaj stansiyasına ötürülməsi;
  • Maqnit nişanları impulslarının hədlərinin stansiyaya uyğun proqramlaşdırılması;
  • Müəyyən edilmiş hədlərdə impulsun kvant addımlarının stansiyaya ötürülməsi;
  • Enmə vaxtı dərinlik ötürücüsünün fırlanma istiqamətinin proqramlaşdırılması(CW və ya CCW);
  • Ölçü çarxlarının diametrinin proqramlaşdırlması.
  • VEBER-spuler blokunun karotaj stansiyası ilə uzlaşdırılması üçün, dərinlik, gərilmə, maqnit nişanı ötürücüləri qoşulmadan enmə-qalxma əməliyyatının tam imitasiyası;

 

5.Texniki parametrlər

  • Dərinliyin indikasiyası diapazonu: ± 0,01 … 9999,99
  • Sürətin indikasiya diapazonu: 001*…9999 m/san, 10…99 km/saat
  • Gərilmənin ölçülə bilən hədləri:

Max,                9999 kq

Min,                 10 kq

Gərilmə ölçülməsində yarana bilə xəta:  5%-dən çox olmayaraq

Dərinlik ölçülərkən yarana bilən xəta: 10 000 metr məsafəyə 50 sm-dən çox olmayaraq.

  • Fləş-yaddaşın həcmi: 1056 Kbayt
  • Dərinliyin qeydiyyatı aralarında interval: 1….10 san

Elektrik enerjisi təchizatının parametrləri:

Bort şəbəkəsi gərginliyi, V                                        +9  ÷  +36

Sənaye şəbəkəsi gərginliyi,V                                     ≈100 ÷ 240

  • İşçi temperatur diapazonu: -40 … +55°С
  • Nisbi rütubət:   +25°С-də 80%
  • Atmosfer təzyiqi: 84-107kPa
  • İdarəetmə blokunun ölçüləri: 165х110х50 mm
  • Üç rolikli ölçü sisteminin (spuler) çəkisi: 35 kq

İdarəetmə blokunun çəkisi: 0,7 kq

  • İstismar müddəti: 5 il

 

 

6.Avadanlığın tərkibi.

Veber-Spuler avadanlığı aşağıda göstərilən funksional şəbəkələrdən ibarətdir.

AdıMiqdarıQeyd
Üç rolikli ölçü sistemi1 
Şəbəkə kabeli2 
Sənaye monitoru1 
KAB TESTİ-i yoxlama kabeli2 
Paç kord kabeli2 
Korpus1 
Gərilmənin indikasiya bloku1 
               Maqnit nişanları göstəricisi2 
 Dövriyyə göstəricisi2 
Qablaşdırma qutusu1 

Sənədləşmə:

Pasport

Istismar təlimatı

  

 

7.Giriş və çıxış siqnallarının parametrləri.

  • Kabelin gərilmə detektorundan giriş siqnalı:   …..+5V
  • Maqnit nişanı detektorundan giriş siqnalı:  0……+5V
  • Dərinlik detektorundan giriş siqnalları:

Hesablamanının istiqamət siqnalı:                    0 / +4,5…+15 V

Hesablama impulsu:                                          0/+4,5 … +15 V

  • Maqnit nişanı təyininin çıxış siqnalı:      0v

İmpulsun uzunluğu:                                           16…..320 msan

İcazə verilən cərəyan    yükü:                            300 mA

  • Kvantlama addımı impulsunun çıxış siqnalı:       0/+5V

Mənfi impuls amplitudası:                                 0/+5V

Hesablama impulsuun uzunluğu:                      100 mksan

Fasilənin minimal uzunluğu:                             50 mksan

Hesablama impulsunun diskretliyi:                   1sm/5sm/10sm

İcazə verilən cərəyan yükü:                               10 mA

  • Bloklamanın çıxış siqnalı(rele):              “quru kontakt”

İcazə verilən cərəyan yükü:                                0,3 mA

  • Kompüterlə rabitə siqnalları:                       RS-232 (USB2.0)

Mübadilə surəti:                                                  9600/38400

*Maqnit nişanları təyininin çıxış siqnalının uzunluğu və hesablama impulsu addımının diskretliyinin kvantlanması, istifadəçi tərəfindən proqramlaşdırılır və enerji təchizatı söndürülərkən yaddaşda saxlanılır.

8.Veber-Spuler cihazında konnektorların təyinatı

X3 konnektoru spulerə qoşulur

Təyinatı Siqnalın adı
1GərilməGərilmə
2NişanMaqnit nişanı
3+12VEnerji təchizatı
4ÜmumiÜmumi
6İmpulslarDərinlik sensorundan hesablanan impulslar
7İstiqamətDərinlik sensorunun hesablanma istiqaməti

 

X2 konnektoru: bucurqadın STOP relesi.

Təyinatı

 

Siqnalın adı

1ÜmumiÜmumi
2STOPSTOP çıxışı bucurqadın dayandırılmasını təmin edir.

X5 konnektoru enerji təchizatının qoşulmasını təmin edir.

Təyinatı Siqnalın adı
1ÜmumiÜmumi
2      (+)Akkumlyatordan qidalandırma 9-35 V
  3  220 VŞəbəkədən qidalandırma
  4  220 VŞəbəkədən qidalandırma

Х1 konnektoru kompüterə qoşulmanı təmin edir.

Təyinatı Siqnalın adı
2RXDMəlumatların alınması
4CHKÜmumi çıxışla birləşdirildikdə hesablama impulsları bloklanır.
3TXDMəlumatların ötürülməsi
5ÜmumiÜmumi

Х4 konnektru karotaj stansiyası ilə birləşdirilir.

Təyinatı Siqnalın adı
5ÜmumiÜmumi
6NişanMaqnit nişanı (açıq kollektorlu tranzistor)
7GərilməGərilmə (gərginlik 0-5 V)
8“-“Hesablama impulsu“-“  (5v/0v)
9“+”Hesablama impulsu “+” (5v/0v)

 

Veber stansiyasına qoşulma sxemi

БГО2 (Veber)

Çəngəl 2РМ18КПН7Ш1В1

Х2 (LOT)

ДВ9 (rozetka)

İmpuls

6 м

 5      2 
      
+19 5ДГК+
 
– 18 6ДГК-
 
NL6 1РМ
 
Gərilmə7   

SHK+(ШК+)

SHK-(ШК-)

 

 

 

9.Təhlükəsizlik qaydaları

İstismar məydudiyyətləri və təhlükəsizlik tədbirləri.

Spulerin istismarı və montajına, istismar təcrübəsinə malik, konstruksiyanı bilən, istismar üzrə təlimatla tanış olan və bu cihazın quraşdırılması hüququ üzrə imtahan vermiş şəxslər buraxılır.

QADAĞAN OLUNUR! Cihazın yerlə birləşmə qurğuları olmadan işləməsi. Cihazın yerlə birləşdirilməsi yerüstü panelin klemmaları ilə həyata keçirilir. Naqilin klemma ilə birləşdirilən yerini təmizləyin.

Mənbənin qoşulması zamanı təmir işlərinin aparılması. QADAĞAN OLUNUR!

Cihazın istismarı və quraşdırılması, neft və qaz sənayəsi müəssələrində istifadə olunan mövcud «Neft və qaz sənayesində təhlükəsizlik qaydaları» tələblərinə uyğun yerinə yetirilmişdir.

10.İstehsalçının zəmanəti.

1.İstehsalçı cihazın texniki şərtlərə uyğunluğuna qarant verir və bu zəmanət istehlakçı tərəfindən istismar,nəqliyyat və saxlanılma şərtlərinə əməl edildiyi zaman qüvvədədir.

2.İstismar müddətinin zəmanəti cihaz istismara verildiyi vaxtdan 18( on səkkiz) aydır.

3.Zəmanət dəyişdirilən detallara,  digər vaxtaşırı əvəz olunması tələb olunan və xidmət müddəti istismar şərtlərindən asılı olan, tez köhnələn detallara aid deyil.

Mexaniki təsirlərdən asılı olaraq Veber-S  26116 QOST-unun MS1 kateqoriyasına aiddir.

Veber-Spuler ətraf havanın temperaturu  və rütubətinə görə 26116 QOST-unun KS1 kateqoriyasına aiddir

Qəbul olunma haqqında şəhadətnamə.

 

Karotaj qaldırıcısının üç rolikli ölçü sistemi  № _________

Mövcud texniki sənədləşmə tələblərinə uyğun olaraq qəbul edilib və istismar üçün yararlıdır.

TNŞ-nin rəisi

_____________

M Y

_________________

Tarix