Interpretasiya

Neft və qaz yataqlarının kəşfiyyatı və işlənməsi üzrə quyuların geofiziki tədqiqat(QGT) nəticələrinin interpretasiyası, QGT məlumatlarının interpretasiyası və emalı üçün kompleks proqramların tərtibi ,müxtəlif geoloji məsələlərin həllində QGT məlumatlarının emalı üzrə servis xidmətlərin göstərilməsi 

  • Elektrik karotajı məlumatlarının (İK,YK,PZ,YKZ, MYK)kompleks vizual interpretasiyası zamanı suxurların FXEM –in karotaj diqrammalarının rəqəmsal formasına əsasən təyini 
  • Quyu kəsilişində suxurların litoloji və petro-fiziki xarakterlərinin təyini məqsədi ilə QGT məlumatlarının müxtəlif kompleks emalı və interpretasiyası
    • Kəsilişdə tədqiq olunan kollektorların ayrılması məsaməliliyin, keçiriciliyin həmçinin doymuş fluidin və onun fəzada həcm tərkibinin təyini

     

    • ETİ elmi tədqiqat işləri üçün proqram və ekspert sistemin işlənməsi və qurulması

Bunun üçün həyata keçirilir:

  • QGT məlumatlarının emalı və interpretasiyası
  • Layın sudoyumluluğu,gilliliyi,lay sularının mineralizasiyası,məsaməliliyi
  • Cari neft qaz doyumluluğunun təyini
  • İNNK görə sulaşma faizinin təyini
  • Kontaktın fluidlərarası yerinin təyini
  • Kollektorların doyumluq zonasının və onların hesablama parametrlərinin proqnozlaşdırılması məqsədi ilə QGT məlumatlarının kəmiyyət interpretasiyasının petrofiziki təminatı

Layın geoloji modelının əsaslandırılmasına əsasən avtomatlaşdırılmış 

sistem uzrə məlumatların emalının mümkünlüyü  

  • QGT məlumatlarının interpretasiya nəticələrinə görə məlumatların kompyuter texnoloqiyasina görə emalı və ya QGT məlumatlarının ümumiləşdirilmiş alqoritm əsasında interpretasiyası zamanı istifadəçinin interpretasiya üsullarının daxil edilməsi ,bütün kəsiliş boyu maraqlandıran intervalda suxurların litoloji və filtrasiya modelinin qurulması 
  • Maraqlandıran geoloji obyektlərin yerləşdiyi ərazidə profillər üzrə litoloji və fluidal kəsilişlərin qurulması:
  • Suxur təbəqələrinin tam litofasial analizi
  • Suxurların fasial növbələşməsinin sərhədlərinin təyini
  • Suxurların stratiqrafik sərhədlərinin fasiya ilə əlaqələndirilməsi

Profillər sistemi üzrə təsvir edilmiş analizin yerinə yetirilməsi nəticəsində geoloji cismin formalarını,çöküntütoplanma prosesini,formalaşdırılmış yataqları,məsələn,paleoçay istiqamətinin qurulması,paleodelt qolunun, suyun gətirdiyi qumlardan çay agzında əmələ gələn dayaz yer törəmələrini,pazşəkilli formalarını və müxtəlif uyğunsuzluqları,mürəkkəb tipli neft və qaz rezervuarlarının əmələ gəlməsini təyin etmək mümkündür. Alınmış məlumatlara əsasən karbohidrogen yataqların profillər üzrə kəsişmə sərhədlərini təyin edilir və yatağın üçölçülü həcmi geoloji modeli qurulur(Bütöv yataq)

Sahə üzrə fasiyaların yayılma xəritəsinin qurulması.

QGT məlumatlarının interpretasiyası və emalı nəticəsində alınmış informasiyalar digər əsas geoloji məsələlərin həllində istifadə olunur:

  • Qazılacaq quyular üzrə operativ rəy verilməsinin hazırlanması
  • Yatağın işlənmə layihəsinin hazırlanması mərhələsində və ehtiyatların hesablanması zamanı istifadə olunmuş parametrlərin təyini
  • Neft və qaz yataqlarından karbohidrogen hasilatının prosesinə nəzarət
  • Müxtəlif geoloji informasiya , QGT məlumatları interpretasiya nəticələri əsasında bütöv yatağın va ayrı-ayrı layların geoloji modelinin qurulması
  • Quyuların yerləşdirilməsi üçün nöqtələrin seçilməsi və geoloji əsaslandırılması
  • Neft qaz yataqlarının istismarı prosesi və geologiya –geofizika ilə birlikdə axtarış –kəşfiyyat işləri