Proqram Təminatı

Proqram Təminatı

Registratorun proqram təminatı ilk növbədə qeydiyyat proseslərini yerinə yetirmək üçün tərtib olunmuşdur. İstifadəçiyə, kabel itkisini yoxlamaq üçün avtomatlaşdırılmış funksiyalar təqdim olunmuşdur. Nasazlıqların operativ diaqnozlaşdırılması və quyu cihazının 3(üç) damarlı kabeldəki gərginliyini müəyyən etmək üçün, digər imkanlar yaradılmışdır. VEBER-01 reqistratorunun proqramı MS Windows(XP, Vista) əməliyyat sistemləri üçün işlənilmiş,Microsoft .NET FrameWork 2.0 platforması üzərində hazırlanmışdır.

VEBER-01 reqistratorunun proqramı MS Windows(XP, Vista) əməliyyat sistemləri üçün işlənilmiş,Microsoft .NET FrameWork 2.0 platforması üzərində hazırlanmışdır. Proqram, adi interfeysə malikdir və istifadəsi nəinki təcrübəli, hətta yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub.

Stansiyanın kompüterlə əlaqəsi üçün 100mbit /saniyəlik sürətli ezernet sistemli interfeysdən istifadə olunub. Bu sürət, böyük məlumat axınının ötürülməsi üçün nəzərdə tutulub və cihazdan gələn böyük axınlı məlumatların qeydiyyata alınmasını təmin edir.

Proqramla işləyərkən digər məsələlərin də, həlli mümkündür və resurs çatışmamazlığı zamanı(yaddaş və ya prosessor vaxtı) proqram özü barədə sizə xəbər verir. Nəzarət olunan resurslara aşağıdakılar aiddir:

fiziki yaddaş, virtual yaddaş, fayl sistemi, prosess vaxtı, prosesslərin siyahısı

Bütün digər nizamsızlıqlar, hətta əhəmiyyətsiz kənara çıxmalar da, proqramda tam təsvirlə ayrıca fayla köçürülür. Bu problemin həllini uzaq məsafədən həll etməyi asanlaşdırır. Proqramın loq-faylları hər start zamanı sıxışdırılır.Proqramın tərtibi zamanı onun maksimal təhlükəsiz və stabil işləməsinə diqqət verilmişdir. Etibarlılıq və təhlükəsizlik sisteminin yüksək olması üçün, proqramda Roof adlanan texnoloqiyadan istifadə olunmuşdur. Bu texnoloqiya, proqramın gözlənilməz və ya səhv söndürülməsi zamanı, bütün məşğul resursları azad edir və cihazları qidalanma mənbələrindən avtomatik qaydada ayırır.

Çevik, sazlana bilən interfeys

Proqramın qrafik interfeysi, konkret istifadəçinin rahatlığı üçün, sazlanma imkanına malikdir. Siz lazımsız pəncərələri bağlayaraq, iş sahəsini böyüdüb, informasiya panellərinin mövqeyni və ölçüsünü istəyinizə uyğun olaraq dəyişə bilərsiniz. Bütün məlumatlar və dialoq pəncərələri, müvafiq səs rejiminin seçilməsi, xəbərdarlıqların səviyyəsi və s. proqramda sazlana bilər. İstifadəçinin cavabını tələb etmədən zəruri məlumatlar özü cıxan pəncərələr şəklində görünür. Beləliklə, istifadəçi, hər zaman, hadisələrin və proseslərin gedişindən xəbərdar olur və uzun məlumatlar siyahısının oxunmasına ehtiyac qalmır. Proqramın söndürülməsi zamanı interfeys və son istifadə olunan cihaz da, daxil olmaqla, bütün sazlanmalar yaddaşda saxlanılır. Proqramın sonradan qoşulması zamanı yaddaşa verilmiş sazlanmalar bərpa olunur və bu sizə dərhal qeydiyyata başlamağa imkan yaradır. Proqramı yenidən sazlamamaq üçün sazlanmaları digər kompüterə köçürmək mümkündür.

Çox-prosessorlu sistemlərin dəstəklənməsi

 Hazırkı proqram təminatı, istənilən növ prosessorla səlist şəkildə işləyərək, hipper-treydinqi və çox-prosessorluğu dəstəkləyir. Proqram çox-prosessorlu sistemdə işləyərkən kritik vaxt həddi ilə əlaqəli məsələləri, müxtəlif prosessorlar vasitəsi ilə həyata keçirir. 

Məlumat sistemi

Praktiki olaraq proqramın hər bir elementi məlumat sistemində təsvir olunmuşdur. Məlumat sisteminə daxil olma F1 düyməsinə basmaqla həyata keçirilir. Məlumat sistemi elə yaradılmışdır ki, bütün suallara kifayət qədər dolğun cavab tapmaq mümkün olsun. İllustrasiyaların çoxluğu, proqramdan istifadə edərkən ortaya çıxan bütün suallara cavabın tapılmasını asanlaşdırır

Bənzər məhsullar

Müraciət forması