TLM istismar təlimatı

AzərGeoMaş

Elmi İstehsalat müəssisəsi

Termometr-LM quyu cihazı

İstismar təlimatı

 

______________________

 

Mündərəcat

Giriş……………………………………………………………………………………………………… 3

  • Təyinatı………………………………………………………………………………………………..3
  • Texniki imkanları……………………………………………………………………………………..3
  • Avadanlığın tərkibi……………………………………………………………………………………4
  • Cihazın quruluşu və iş prinsipi……………………………………………………………………4
  • Cihazın sistem hissəsinin işləmə prinsipi……………………………………………………..4
  • Ciazın zond hissəsinin tərkibi və iş prisipi……………………………………………………5
  • …………………………………………………………………………………………….6
  • Alət və qurğular………………………………………………………………………………………..6
  • Markirovka və qutulaşdırma……………………………………………………………………….7
  • Təyinatı üzrə istismar…………………………………………………………………………………7
    • Təhlükəsizlik tədbirləri………………………………………………………………………………7
    • İstismar üzrə ümumi göstərişlər…………………………………………………………………..8
    • Quyuda aparılan işlərin qaydası və ardıcıllığı………………………………………………..9
  1. Texniki xidmət………………………………………………………………………………………9

3.1 Ümumi göstərişlər………………………………………………………………………………..9

3.2 Profilaktik baxış………………………………………………………………………………….10

3.3 Texniki vəziyyətin yoxlanılması……………………………………………………………11

3.4 Quyu cihazının sökülmə və yığılmaa qaydası………………………………………….11

3.5 Parametrlərin ölçülməsi, nizamlama və sazlama………………………………………11

3.6 Cari təmir……………………………………………………………………………………………12

4 Saxlanılma…………………………………………………………………………………………….13

5 Nəqliyyat qaydaları…………………………………………………………………………………13

 

Əlavə A   Termometr-LM quyu cihazı, yığılma çertyoju

 

Əlavə A   Termometr-LM quyu cihazı, ümumi görünüş

 

Əlavə B   Termometr-LM quyu cihazı, elektrik sxemi

 

Əlavə B   Termometr-LM quyu cihazı, yığılma çertyoju

 

Əlavə C  Amortizator, yığılma çertyoju

 

 

1.Giriş

Hazırkı texniki təlimat, Termometr-LM (Termometr + muftaların lokatoru) quyu cihazının (bundan sonra cihaz)  işləmə prinsipini və avadanlığın  quruluşunu təsvir edir, eləcə də cihazın tam funksionallığını təmin etmək üçün, zəruri sxemləri, konstruksiyaları, texniki xarakteristikaları özündə birləşdirir.

Təlimatda,  avadanlığın istismara verildiyi vaxtdan,  istifadəçinin cihazla aparılan bütün növ işlərin (istismar, təmir, nizamlama, sazlama) qaydası ardıcıllıqla göstərilmişdir.

Texniki təlimatda, struktur, funksional və prinsipial elektrik sxemləri, ümumi görünüşün çertyojları,  cihazın tərkib hissələrinin təsviri öz əksini tapmışdır.

Texniki təlimat öyrənilərkən, əyani vəsait kimi, cihazla bilavasitə tanışlıq, məsləhətdir. Cihazla tanışlıq aparıldıqda, daşınmada istifadə olunan qapaqlar və digər qoruyucu elementlər çıxarılır.

Cihaz,  Veber-01, Kedr-02 tipli  karotaj stansiyaları və 7000 metrlik, üç damarlı yükdaşıyan geofiziki kabel ilə istismar olunmaq üçün, nəzərdə tutulmuşdur.

Quyu cihazı ilə işə, yalnız texniki təhlükəsizlik üzrə imtahan vermiş şəxslər buraxılır.

2.Təyinatı

Termometr-LM (Termometr + muftaların lokatoru) quyu cihazı, neft-qaz quyulrında 150°C temperaturda və 140 MPa hidrostatik təzyiqdə,  maqnit nişanlarının qeydiyyatı, mufta birləşmələrinə nəzarəti və termometriya ölçülərini  təyin etmək üçün, hazırlanmışdır. Cihaz, diametri 100 mm-dən yuxarı olan, neft və ya su əsaslı, yuyucu məhlulla dolu, neft və qaz quyularında, 7000 m-ə qədər olan  bir və ya üç damarlı zirehli karotaj kabeli ilə işləyir.

3.Texniki imkanları.

Temperaturun ölçülməsi diapazonu 10-dan +150°C qədər.

Temperaturun ölçmə kanalının həssaslığı- 0,1°C

Myftalar lokatorunun siqnal amplitudasına nisbəti, səs səviyyəsinə ğörə,  4:1-dir.

Quyu cihazının qidalandırılması, karotaj stansiyası vasitəsilə, sabit cərəyanla həyata keçirilir. Bu halda cihazın girişinə verilən gərginlik 200V-dan çox deyil.

Cihazın istifadə etdiyi elektrik gücü 7W-dır.

Quyu cihazı üçün, hidrostatik təzyiqin üst həddi-140 MPa-dır.

Ətraf mühitin işçi temperaturunun diapazonu -10-dan +120°C qədər.

Cihazın iş rejiminə hazır olması, qoşulduqdan sonra 15 dəqiqədən çox deyil.

Normal iqlim şəraitində, cihazın ardıcıl, fasiləsiz iş rejimi 8-saatdır.

Ətraf mühitin temperatur vahidi üst həddə olduqda, cihazın ardıcıl, fasiləsiz iş rejimi 2-saatdır.

Quyu cihazının ölçüləri və çəkisi.

– diametr…………………….. 73 mm

– uzunluğu………………….. 1250 mm

– çəkisi……………………….. 30 kq.

Etibarlılıq göstəriciləri

Cari təmir işlərinin aparılmasına qədər olan, əməliyyat saatı- 100 saatdan az deyil.

İstismar müddəti – 6 ildir.

1.3. Avadanlığın tərkibi

Termometr+LM cihazı………………………..   1 ədəd

Ehtiyyat hissələri və alətlərdəsti……………. 1 dəst

İstismar sənədləri dəsti

İstismar təlimatı………………………………….  1 ədəd

Pasport ……………………………………………….1 ədəd

1.4 Cihazın quruluşu və iş prinsipi

Quyu cihazı, bilavasitə neft və qaz quyularında, lokatordan alınan məlumatları  cərəyan impulslarına, ətraf mühitin temperaturundan alınan məlumatları isə  gərginlik vahidinə  çevirərək, informasiyanı cihazın sxemində emal edib, rəqəsal formatda,  geofiziki karotaj kabelinin vasitəsilə,  karotaj stansiyasına ötürür.

Quyu cihazının qidalandırılması karotaj stansiyasından verilir.

Quyu cihazı eyni vaxtda mufta lokatorlarını təyin edir və temperatur parametrlərinin qeydiyyatını aparır.

1.5. Cihazın sistem hissəsinin işləmə prinsipi.

Cihazın sistem hissəsi, onun cihazlar dəstinə qoşulmasını və uzlaşmasını təmin edir.

Sistem iki hissədən ibarətdir: 1.qidalandırma və rabitə bloku, 2.kontrollerlər bloku.

“İlkin mənbə”, girişdəki 200V gərginliyi , cihazın digər bloklarını qidalandırmaq üçün, + 12V və +24V  olan  əlaqəsiz halvonik ikincil gərginliyə çevirir. Əlvə olaraq ilkin mənbə Mançester -2 telemetriyasına verilən gərginliyi formalaşdırır. “İlkin mənbə”, qidalandırma girişindəki və çıxışındakı gərginliyin, icazə verilən diapazondan kənara çıxmasından müdafiə olunub.  Qidalandırma zəruri həddən aşağı olduqda, mənbə qoşulmur. Qidalandırma zəruri həddən yuxarı  olduqda, gərginliyin azaldılması sxemi işə düşür.

Mançester-2 telemetriyası, iki xətli rabitə kanalı ilə işləmək üçün, nəzərdə tutulub (kabelin 2-ci,3-cü damarları) .

Telmetriya, kontrollerlər blokunun proqramı ilə idarə olunur.

Kontrollerlər bloku, cihazı idarə etmək  və karotaj stansiyası ilə əlaqə yaratmaq üçün, nəzərdə tutulub.

Kontrollerlər blokunun tərkibinə aşağıdakılar daxildir.

-TMS320F28335 bazasında nüvə prosessoru;

– Qidalndırmanın ikincil lokal çeviricıləri;

– İki CAN şini transiveri;

– Temperatur sensoru;

– ARÇ(Analoq-rəqəmsal çeviricisi)-nin universal analoq girişlər dəsti;

-PWM funksiyalı  və SCI, 12C, SPI standartlı interfeyslər quraşdırılmış, rəqəmsal, universal “giriş” və “çıxışlar” dəsti.

1.6. Ciazın zond hissəsinin tərkibi və iş prisipi.

Zond hissəsinin tərkibi

Ciazın zond hissəsinin tərkibinə aşağıdakı hissələr daxildir.

  • Mufta lokatorunun sensoru (sarğac L1)
  • Termosensor (plata A12)

Muftaların lokatoru

Muftalar lokatorunun sarğacı, maqnit sahəsi bir birinə istiqamətlənmiş, iki sabit maqnitin arasında yerləşdirilmişdir.

Quyuda cihazın hərəkəti zamanı, mufta birləşmələrindən keçdikdə, sarğacda maqnit sahəsi dəyişir, və bunun nəticəsində EHQ (elektrohərəkət qüvvəsi) yaranır. EHQ, A4 razılaşdırma sxemi (siqnal gücləndiricisi) ilə ötürüldükdən sonra, kontrollerin A7 blokunda rəqəmsal formata salınıb, qidalandırma və rabitə bloku vasitəsilə karotaj stansiyasına ötürülür.

Termosensor

Temperatur sensoru, rəqəmsal inteqral sensor olaraq, termosensor borusunun içində quraşdırılmış, miniatür çap platasının üzərində yerləşdirilmişdir. Sensor, konnektorlar blokuna standart interfeyslə birləşdirilmişdir. Konnektor periodik olaraq, cari temperatur vahidlərini qeyd edir. Termosensorun kalibrovkasına ehtiyac yoxdur.

1.7. Konsruksiya

Termometr-LM quyu cihazı, korpusdan (20), elektron blokdan(30), amortizatordan(28), kojuxdan (31) və başlıqdan ibarətdir.

Muftaların lokatoru korpusa(20) quraşdırılıb.  Muftaların lokatoru, məftil sarğac (15), izolyasiya olunmuş lentlərdən(LSKL-155-0,12×1, SKLF-4D 0,1×10) və həlqələrdən ibarətdir (14 və 17). Sarğacın hər iki tərəfinə yarımhəlqəli (11, 13) maqnit həlqələr(12) və prokladkalar(10) quraşdırılmış, daha sonra  vtulka ilə bağlanmışdır. Vtulka (19) hermetikliyi həlqələrin hesabına təmin edir(9). Sarğacın sarğısının çıxışları, korpusun(20) daxilinə vtulkanın (18) içərisindən çıxarılır.

Korpusun üst tərəfində (20), kabel başlığının elektrik birləşməsini təmin etmək üçün, həlqə(3) ilə bərkidilmiş elektrik çəngəli (2) mövcuddur.

Sərt istismar şəraiti səbəbindən, vtulka (19) yüksək mexaniki amortizasiyaya məruz qalır və periodik olaraq dəyişilməsi tələb olunur. Vtulkanı dəyişmək üçün barmaqlığı(41) çıxarıb, vtulkanı(8) açmaq lazımdır.

Cihazın aşağı  tərəfindəki  başlıqda(32) termosensor yerləşdirilmişdir. Termosensorun korpusunda(38) mövcud olan həlqə(36 və 37) və prokladkalar (35) hermetikliyi təmin edir. Termosensoru mexaniki zədələrdən qapaq(33) qoruyur.

Başlığın(32) üst tərəfində elektron blok(30) yerləşdirilmişdir. Elektron blok, başlıq(32) və amortizatora(28) barmaqlıqlar(41) vasitəsilə  birləşdirilmişdir.

Korpus (20) və başlıq (32),  kojuxa (31) qayka və şponkaların köməyi ilə birləşdirilir. Quyu cihazının hermetikliyini həlqə (7 və 26) və prokladkalar (6 və 27) təmin edir.

Cihaz daşındıqda qapaqlardan istifadə olunur.

1.7.2. Elektron blok mahiyyət etibarilə, frezlənmiş şassi (1) üzərinə quraşdırılmış, siqnal gücləndiricisi (3), kontroller (7), qidalandırma və rabitə bloku (8) platalarından (2, 4, 5, 6, 9, 10)  ibarətdir. Şassi üzərinə elektron elementlərin bərkidilməsində, vint və şaybalardan istifadə olunur.

1.7.3. Amortizator cihazın daxili komponentlərini üst korpusla birləşdirir və kojuxla qabarit ölçülər arasında kompensator funksiyasını daşıyır. Amortizator aralarında prujin (4) yerləşdirilmiş vtulka(3) və korpusdan(5) ibarətdir. Prujin korpusa (5) vtulka (6) və həlqə (7) ilə bəkidilmişdir.

1.8. Alət və qurğular.

Sıxlaşdırıcı həlqələrin və yivli birləşmələin vəziyyətini yoxlamaq üçün, xüsusi hazırlanmış atma açarlardan istifadə olunur. Sıradan çıxmış prujinlərin dəyişdirilməsi üçün, kəlbətindən, çəkicdən, otvyortkadan istifadə olunur.  Təmir və ya reqlament üzrə zəruri işlər görüldükdə, cihaz xüsusi dayaqların üzərində yerləşdirilir.

1.9. Markirovka və qutulaşdırma.

1.9.1 Quyu  cihazının başlığının üzərindəki nişanlar;

-Cihazın markası;

-nömrə və istehsal tarixi.

1.9.2. Qutulaşdırmadan əvvəl konservasiya, QOST 9.014-78 standartına uyğun yerinə yetirilmişdir.

Müvəqqəti olaraq, korroziya əleyhinə müdafiə variantları:

-quyu cihazı üçün-VZ-1.

Cihazın daxili qutulaşdırma variantı- VU-4, QOST 9.014-78.

1.9.3 Daşınma markirovkası QOST 14192-96 standartına uyğundur.

1.9.4 Cihaz qutulaşdırılmış şəkildə, tara yeşiklərində təchiz olunur.

Yeşik tipi Ş-1, QOST 2991-85 standartına uyğun.

1.9.5 Avadanlığın brutto çəkisi-30 kq.

2  Təyinatı üzrə istismar

2.1 Təhlükəsizlik tədbirləri

2.1.1  İstehsal, sınaq və istismar zamanı, təhlükəsizlik tələbləri QOST 26116-84 standartı üzrə.

Quyu cihzının tərkib hissələrinin konstruksiyası, onun hazırlanmasında, sınağında və istismarında personalın təhlükəsizliyini təmin etməlidir.:

  • QOST 12.1.019-79;
  • “Geoloji kəşfiyyat işlərində təhlükəsizlik qaydaları”;
  • “İstehlakçının elektrik qurğularının istismarı zamanı texniki istismar qaydaları və İstehlakçının elektrik qurğularının istismarı zamanı təhlükəsizlik qaydaları”;
  • “Yüksək təzyiq altında işləyən kameraların istismar və təhlükəsizlik qaydaları”

2.1.2 İş vaxtı təhlükəsizlik tədbirləri

Quyu cihazı ilə iş, hazırki texniki təlimat əsasında aparılmalıdır.

2.1.3 Təmir-profilaktik işlər zamanı, təhlükəsizlik tədbirləri.

Təmir-profilaktik işləri və cihazın sınağını, yalnız xüsusi avadanlıqlarla quraşdırılmış emalatxanalarda, elektrik təhlükəsizliyi üzrə  klasifikasiyası 4-cü dərəcədən aşağı olmayan mütəxəssislər apara bilər.

Təmir-profilaktik işlər və cihazın sınağı, hazırki texniki təlimat əsasında aparılmalıdır.

Sınaq üçün, istifadə olunan alətlər yerlə birləşdirilməlidir.

2.1.4 Yanğın təhlükəsizliyi qaydaları

Quyu cihazının istismarının bütün mərhələlərində QOST 12.1.004-85 standartlarına əməl edin.

Yanğın baş verərsə bu əməliyyaları yerinə yetirin:

  • Dərhal işi dayandırın və cihazı söndürün;
  • Karotaj stansiyasının güc qovşaqlarında, avtomatik söndürmə vəziyyətini qurun. Karotaj qaldırıcısında olan yanğınsöndürəni hazırlıq vəziyyətinə gətirin və köpük axınını yanğının mənbəsinə yönəldin.

2.2 İstismar üzrə ümumi göstərişlər.

 

2.2.1 Quyu cihazının istismara hazırlanması.

Quyu cihazını istehsalçı zavoddan qəbul etdikdə, tələb olunan zəruri işlər aşağıdakı qaydada aparılır. Bu əməliyyatlar xüsusi avadanlıqlarla quraşdırılmış təmir emalatxanası şəraitində aparılmalıdır.

2.2.2 Cihazı taxta qutulardan çıxarın və pasporta uyğun olaraq, dəstə aid ehtiyyat hissələrinin mövcudliğunu yoxlayın.

Hazıtki təlimatda göstərildiyi kimi, cihazın ehtiyyar hissələrindən, alət və qurğulardan konservasiya yağını silin.

Quyu cihazının və  ehtiyyat hissələrinin vəziyyətini yoxlamaq üçün, aşağıdakı hərəkətləri edin.

Standart yarım dairəvi açarla (23), alt qaykaları açıb, başlığı elektron blokla birlikdə (32), kojuxdan ayırın.  Cihaz komponentinə baxış keçirin və onun üzərində mexaniki zədələrin olmadığına əmin olun. Baxış keçirərkən, montajın keyfiyyətinə, elektron bloka bərkidilmiş funksional qurğuların möhkəmilyinə, konstruksiya və sxemin elementlərinin dayanıqlılığına diqqət yetirin. Həmçinin, montaj platalarının səthini, jqut və  məftillərin izolyasiyasını yoxlayın.

2.2.3 Quyu cihazının yığılması əks ardıcıllıqla aparılır.

2.2.4 Cihazın quyuda işə hazırlığı.

Aşağıada, quyu cihazı ilə  karotaj işlərinə başlamazdan önçə, hazırlıq prossesi zamanı, bazada aparılmalı zəruri əməliyyatlar göstərilmişdir.

İşlər, təhlükəsizlik tələbləri QOST 26116-84 standartlarına cavab verməklə, karotaj dəstəsinin mütəxəssisləri tərfindən aparılmalıdır.

Quyu cihazını karotaj stansiyasına qoşun və karotaj stansiyasının “kitabxana” bölümündə mövcud olan,  müvafiq drayverdən istifadə edərək, onu işə salın. Lokatorun çıxış impulslarının olmasına və ətraf mühitin temperaturunun qeydiyyatının aparılmasına əmin olun.

Lokatorun korpusu yaxınlığından maqnit keçirin və karotaj stansiyası ilə lokatorun iş qabiliyyətini  yoxlayın.

Termosensor istiqamətində feni tutun və karotaj stansiyası vasitəsilə  termometrin iş qabiliyyətinin olmasına əmin olun.

Quyu cıhazı və karotaj stansiyasını söndürün, cihazı ayırın. Başlığa qoruyuci qapaq taxın. Cihazı nəqliyyat üçün, nəzərdə tutulmuş nəqliyyat vasitəsinə yerləşdirin və etibarlı olaraq bərkidin.

2.3.Quyuda aparılan işlərin qaydası və ardıcıllığı.

2.3.1 Kabel ucluğunun köməyi ilə, cihazı karotj kabelinə birləşdirin. Cihazı qoşun. İşçi rejiminə hazır olduqdan sonra, onun iş qabiliyyətini yoxlayın. Karotaj diaqramlarında lazım olan miqyası qurun.

Lokatorun diaqramında “sıfır”ları yazın və sonra cihazı söndürün.

2.3.2  Cihazı  quyuya buraxdıqdan sonra, onu qoşun və quyu cihazının enməsinin komandasını verin. İzləyin ki, enmənin sürəti 4km/saat-dan çox olmasın.

2.3.3 Quyu cihazı verilmiş dərinliyə çatdıqda enməni dayandırın. Cihazı qoşun və lokatorun diaqramında “sıfır”ları yazın. Quyu cihazının korpusunun temperatur mühitinə uyğunlaşması üçün, 5-10 dəq. gözləyin.

2.3.4 Ölçü aparmaq üçün, quyu cihazını qoşun. Qeydiyyata başlamaq üçün, “qalxma” komandsını verin. Qalxmanın sürəti 300-400 m/saat-dan çox olmamalıdır. Bu zaman, karotaj stansiyasında nişanların qeydiyyatının aparılmasına əmin olun.

2.3.5 Tədqiqat aparılan intervalda, diaqram yazıldıqdan sonra,  yenidən “sıfır”ları  yazın. Zərurət yaranarsa, tədqiqat aparılan intervalda,  təkrar  qeydiyyat aparın. Daha sonra cihazı söndürün və “qalxma” komandasını verin.”Qalxma” əməliyyatının sürəti, 5 km/saat-dan çox olmamalıdır.

2.3.6 Cuhaz quyudan çıxarıldıqdan sonra, onu təzyiq altında axan  su ilə yuyun. Başlığa qapaq taxın və quyu cihazını nəqliyyat vasitəsində bərkidin.

2.3.7 Karotaj diaqramlarının formalaşdırılması və alınan məlumatların emalı, müvafiq təlimatlara və metodiki ğöstərişlərə uyğun aparılır.

  1. Texniki xidmət

3.1 Ümumi göstərişlər

3.1.1 Termometr-LM cihazını, işçi vəziyyətdə saxlnılmasını təmin etmək üçün, müntəzəm olaraq, texniki xidmət aparılmalıdır. İstismar prossesində qəza şəraitinin qarşısının alınması üçün, quyu cihazının metroloji və istismar xarakteristikaları   təmin olunmalıdır.

3.1.2 Texniki xidmət işləri aparıldıqda, hazırki təlimatın 2.2 və 2.3 bəndlərindəki göstərişlərə əməl edin.

3.1.3 Texniki xidmət 3 ayda bir dəfədən az aparılmamalıdır. Texniki xidmət prossesində quyu cihazının hissələrinin vəziyyəti, elektrik xüsusiyyətlərinin dəyişməsi və digər çatışmamazlıqlar yoxlanılmalıdır.

3.1.4 Quyu cihazının sökülməsi və yığılması, onun kabelə birləşdirilməsi, təhlükəsizlik qaydalarına uyğun olaraq aparılmalıdır.  Kirli maddələrin və rütubətin,  hermetikliyi olmayan zonalara düşməməsi təmin olunmalıdır.

Texniki xidmətin aparılmasına aşağıdakılar daxildir.

  • Profilaktik baxış;
  • Texniki vəziyyətin öyrənilməsi;
  • Parametrlərin ölçülməsi, sazlama və nizamlama;
  •  

3.2 Profilaktik baxış

3.2.1 Profilaktik baxış, quyuda iş aparıldıqdan sonra aparılır

Profilaktik baxışa daxildir:

  • Quyu cihazı və onun hissələrinin birləşmə yerlərinin etibarlılığı və hermetikliyi (sıxılmış səthlərin, yivli birləşmələrin, konnektorların, rezin sıxıcı həlqələrin və ftoroplast prokladkalarının vəziyyəti, sürtkü yağının mövcudluğu, ğörünən qüsurların olmaması);
  • Funksional bloklar, quyu cihazı konstruksiyasının tərkib hissələrinin birləşmə yerləri;
  • Naqil birləşmələr, izolyasiya olunmuş səthlər və digər detallar.

Rübdə bir dəfədən az olmamaq şərti ilə, hazırkı təlimatın 3.5 “Prametrlərin ölçülməsi, nizamlama və sazlama” bəndinə uyğun olaraq, cihazın elektrik parametrləri,  qovşaqları və blokları yoxlanılmalıdır.

3.2.2 Konservasiya və konservasiyanın ləğvi

Cihaz istehsalçı zavod tərəfindən, konservasiya olunduqdan sonra, QOST 9.014-78 standartına uyğun olaraq  təchiz olunur.

–  Cihazın tərkib hissələri- BZ-1 müvəqqəti, korroziya əleyhinə variantı ilə;

–  Dəst- BZ-0 müvəqqəti, korroziya əleyhinə variantı ilə;

Konservasiyanın ləğvi üçün, qutuları açın, cihazı hermetik politilen kisələrdən çıxarın, verilmiş sənədləşməyə uyğun olaraq, cihaz dəstinin komponentlərinin mövculuğuna əmin olun. Bundan sonra qoruyucu sürtkü yağını çıxarmaq üçün, cihazı qaynar su(60-80°C) ilə yuyun, yuduqdan sonra, onu təmiz parça materialı ilə qurudun.

İstismar şəraitində təkrar konservasiya zərurəti yarandıqda, aşağıdakı əməliyyatları aparın;

  • Quyu cihazını təzyiq altında axan  su ilə yuyun, onun birləşmə yerlərinin təmiz yuyulmasına diqqət yetirin;
  • Cihazı təmiz parça material ilə qurudun, və sonra yivli hissələrə, rezin sıxıcı həlqələrə sürtkü yağı çəkin.
  • Quyu cihazının tərkib hissələrini, 0,07 mm-dən nazik olmayan, politilen paketə bürüyün və onları müvafiq qutularda yerləşdirin.

 

 

3.3 Texniki vəziyyətin yoxlanılması

Quyu cihazının texniki vəziyyətinin yoxlanılması, hazırki təlimatın 2.2 bəndinə əsasən yerinə yetirilir.

3.4 Quyu cihazının sökülmə və yığılmaa qaydası

3.4.1 Cihazın sokülmə ardıcıllığı

Quyu ciihazının alt qaykalarını yarım həlqəli açarla açın və alt başlığı, elektron blokla birlikdə, kojuxdan ayırın.

Termosensoru ğörə bilmək üçün, boltu (42) açın və plastinanı (43) çıxarın. Daha sonra, otvyortka (38) vasitəsilə, onu korpusdan (32) ayıın.

Montaj çəngəlini (2) görmək üçün, həlqəni (3) açın

Lokatorun sarğacını (15) görmək üçün, barmaqlığı çixarıb, vtulkaları (8,19)açın.

3.4.2 Quyu cihazının yığılma ardıcıllığı

Cıhazın yığılması. Sökülmə əməliyyatının əks ardıcıllığı ilə yerinə yetirilir.

3.5 Parametrlərin ölçülməsi, nizamlama və sazlama

Hazırki bölmədə, Termometr-LM cihazı üçün, karotaj vaxtı və ya stasionar şəraitdə, nəzarət-profilaktik tədbirlərin görülməsi izah edilmişdir.

Cihazın tam sazlanması, istehsalçı zavod tərəfindən və ya xüsusi emalatxanalarda təmir vaxtı həyata keçirilir.

3.5.2 Karotaj vaxtı cihazın işinə nəzarət.

Xidmət personalı, cihazın işinə nəzarəti, aşağıda göstərilən hallarda yerinə yetirir.

-karotaj prossesində quyu cihazının  qidalandırılmasında cərəyan gücü vahidinin  dəyişməməsi. Kombinə edilmiş cihazla və ya karotaj stansiyasının qidalandırma blokunun indikatoru ilə yoxlanılır.

– termometriya parametrlərinin mövcudluğu və dəyişilməməzliyi. Vizual nəzarət olunur.

3.5.3 Stasionar şəraitdə cihazın işinə nəzarət

Quyu cihazı istehsalçı zavoddan alındıqda, hazırki təlimatın 2.2.1 bəndinə uyğun olaraq, cihazın iş qabiliyyəti yoxlanılır və ona nəzarət olunur.

Karotaj işləri öncəsi, cihazın iş qabiliyyətinə nəzarət,  hazırki təlimatın 2.2.2 bəndinə uyğun olaraq aparılır.

3.5.4 Quyu cihazının yoxlanılması üç ayda bir dəfədən az olmayaraq, yerinə yetirilir. Yoxlanılması üçün, quyu cihazı karotaj stansiyasına birləşdirilir. Termosensor, su ilə doldurulmuş qaba salınır. Birinci dəfə suyun temperaturu, 0°C dərəcəyə yaxın, ikinci dəfə 100°C-qaynama həddində olur. Əlavə olaraq, suyun qaynama prossesində aralıq  vahidlərin yoxlanılması aparılır. Bu zaman, suyun qızdırılması dayandırılmalıdır və temperaturun stabilləşməsi gözlənilməlidir.

Temperatura nəzarət, nümunə termometri vasitəsilə aparılır (xəta ±0,1°C). Yoxlamanın dəqiqliyini təmin etmək üçün, qabda olan su qarışdırılmalı  və nümunə termometri, bacardıqca quyu cihazının termosensoruna yaxın yerləşdirilməlidir. Bütün intervallarda, temperatur vahıdləri. nümunə termometrinin göstəricilərinə uyğun gəlməlidir (karotaj stansiyasının göstəriciləri əsasında) və xəta, cihazın pasportunda ğöstərilmiş xətadan çox olmamalıdır.

Lokatorun korpusunun yaxınlığından maqniti keçirin və karotaj stansiyasından alınan məlumat əsasında lokatorun işləməsinə əmin olun.

3.6 Cari təmir

3.6.1 Cari təmir, istismar prossesində, nəzarət-profilaktik və sazlama-nizamlama işləri zamanı,  yarana bilən uyğunsuzluqlar aşkar olunqda, tələb olunan texniki parametrlərin bərpa olunması uçun, aparılır.

3.6.2 Təmir, xidmət personalının və ya təmir xidməti bölümünün mütəxəssisləri tərəfindən aparılır.

3.6.3 Təmir və nizamlama işləri aparıldıqda, hazırkı təlimatdan və cihazın pasportundan istifadə olunmalıdır.

3.6.4 Yarana bilən mümkün nasazlıqların və onların aradan qaldırılması metodları, cədvəl 5-də öz əksini tapmışdır.

Yaranmış nasazlıqlar.Mümkün səbəbNasazlığın aradan qaldırılması metodu

1.      Quyu cihazı

Qidalandırma cərəyanı mövcud deyil

Lokator siqnal ötürmür

Termometr siqnal ötürmür

Quyu cihazının başlığında elektrik kontaktları işləmir

Razılaşdırma qurğusu nasazdır

Lokator sarğacında qırılma var

Ölçü aparan sxem işləmir

Termosensor işləmir və ya onun qovşağında qırılma var.

Cihaz başlığının konnektorunda, ştırların mövcudluğunu və keyfiyyətini yoxlayın.

Nasaz elementi müəyyən edin və dəyişin.

Yoxlayın və yenidən sarıyın

Nasaz elementi müəyyən edin və dəyişin.

Qırılmanı aradan qaldırın, termosensoru dəyişin

3.6.6 Cihazın tərkib hissələrinin təmiri və dəyişdirilməsi

Tezköhnələn detallar: rezin sıxıcı həlqələr, ftorplast prokladkalar vaxtaşırı dəyişdirilməlidir.

Həmçinin, elementlərin nasazlığı aşkar olduqda,  çap platalarıın üzərindəki elektron qovşaqlar (qidalandırma mənbəsi, kontroller, siqnal gücləndiricisi, detektor blokunun platası) dəyişdirilməlidir. Bunun üçün, radiatorlu plata şassıdən açılır və ehtiyyatla qovşaqdan ayrılır.

3.6.7 Tərkib hissələrinin təmiri

Plata üzərinə quraşdırılmış və nasazlığı  müəyyən edilmiş tərkib hissələrin təmiri, istehsalçı müəssisə tərəfindən həyata keçirilir.

3.6.8 Cihazın iş qabiliyyətinin yoxlanılması

Təmir işləri aparıldıqdan sonra, cihaz yenidən yoxlanılır və ölçü xətaları müəyyənləşdirilir.

4 Saxlanılma

Cihaz konservləşdirilmiş şəkildə, nəqliyyat qutularında. temperaturu 5°C dən 40°C qədər olan, nisbi rütubət 25°C-də 80 % olmaqla, qapalı tikilidə saxlanılır.

Uzunmüddətli saxlama zamanı, quyu cihazının tərkib hissələri korroziya əleyhinə müdafiə məqsədilə konservasiya olunmalıdır.

5 Nəqliyyat qaydaları

Cihaz, yük daşıma qaydalarına müvafiq fəaliyyət göstərən, istənilən nəqliyyat vasitəsilə daşına bilər.

Nəqliyyat məsafəsinə və sürət məhduduyyətinə görə, tələb qoyulmur.

Cihazın yüklənməsi və boşaldılması zamanı, onun zərbəyə məruz qalmamasını təmin etmək vacibdir.