Veber MID təlimat

Kəmər buraxılmış quyularda texniki vəziyyətin Veber-mid

maqnit impulslu defektoskopla monitorinqi

 

 

Maqnit impulslu defektoskopiya metodu, kolonda cərəyan induksiyasının yaradılması nəticəsində mövcud olan, impulslu maqnit sahəsinin, qəbuledici sarğac vasitəsilə eletrik keçiriciliyi gücünün (EKG) qeydiyyatdan keçiririlməsi üsuluna əsaslanmışdır.

      «Azərgeomaş» Elmi İstehsalat Müəssisəsi tərəfindən maqnit impulslu defektoskopiya metodu əsasında, Veber MİD defektoskopu hazırlanmış və istehsalata verilmişdir.

      Maqnit impulslu Veber MİD qalınlıqölçən defektoskop, neft və qaz quyularında NKB-nin (nasos kompressor borusu) və kəmər buraxılmış kolonların texniki vəziyyətinə nəzarət edir, ölçü zamanı kolon lüləsi boyu hərəkət edərkən təzyiq və temperaturu qeydiyyatdan keçirir.

Uyğunluq sertifikatı №AZ03112.01.01501.14 Azərbaycan Reespublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi.

 

EKG-nin göstəriciləri, quyunun konstruksiyasından (ölçü aparılan kolonların sayı), kolon divarlarının ümumi qalınlığından, onların diametrindən, istifadə olunan metalın elektromaqnit xüsusiyyətlərindən və maqnit keçiriciliyindən asılıdır. EKG göstəricilərinin xarakterindən, kolon divarlarının qalınlığı təyin edilir və mövcud qüsurların xarakteri müəyyənləşdirilir. Bu metodun əsas üstünlüyü bir, iki və ya çoxkalonlu konstruksiyalarda tədqiqat işlərinin aparılmasının mümkünlüyüdür. Maqnit impulslu defektoskapiya tədqiqatının aparaılması üçün, quyuda yuma, kilidləmə, NKB-nin demontajı kimi, hazırlıq işlərinin görülməsinə zərurət qalmır.

          Cihazın istismar imkanları aşağıdakı qaydadadır:

 

-Ağzında yüksək təzyiqliyi olan quyuların tədqiqatı

-Maqnit xüsusiyyətləri olan, nasos-kompressor və kəmər buraxılmış quyuların tədqiqatı.

-NKB və kəmər buraxılmış kolonlarda metalın inteqral qalınlığının təyini.

-NKB və kəmər buraxılmış kolonlarda perforasiya intervallarının təyini.(pakerlər, mandrellər, klapanlar, sentratorlar, fənərlər)

-Cihaz boyu və perpendikulyar sahədə yerləşən defektlərin identifikasiyası.

-Təzyiq göstəricisinin işçi diapazonununda,  flüidin sıxlığını və quyudakı neft və qaz axını sərhədlərinin yerləşdiyi zonaların təyini (axın profilinin qurulması).

-Perforasiya intervallarının müəyyənləşdirilməsi, defektoskop göstəricilərinin interpretasiyası, yeraltı avadanlığın hermetikliyinin təyini zamanı, temperatur anomaliyalarının qeydə almasını, cihazın xaricində yerləşən yüksək həssaslıqlı termometr təmin edir. 

-Kolon reestrinin təsdiqlənməsi və bərpası.

 

Defektoskop korroziyaya davamlı metaldan hazırlanaraq, hidrogen sulfid tərkibinin 30%-dən çox olmayan quyularda istismar olunur.

 

 

                                     

Cədvəl 1

Texniki göstəricilər

 

Maksimal işçi təzyiq, MPa

80

İşçi temperatur diapazonu,°С

 0 – 125

Tədqiqat aparılan boruların sayı

1, 2

Tədqiqat aparılan borunun minimal daxili diametri, mm

52

Tədqiqat aparılan borunun maksimal xarici diametri,mm

245

Tədqiqat aparılan tək borunun maksimal qalınlığı, mm

12

Tədqiqat aparılan 2 borunun toplam qalınlığı, mm

25

Tək borunun divarının qalınlığının tədqiqatında nisbi xəta, mm

±0,25

NKB-dən keçirilmiş borunun ölçülməsində nisbi xəta, mm

±0,75

Fasiləsiz qeydiyyatın aparılmasının maksimal vaxtı, saat

14

Ölçüləri:
Uzunluğu (sentratorla), mm
Diametr, mm


2550
42

Cəkisi (sentratorla) kq

12,5

 

 

 

 

Defektoskop 5 qəbuledicidən ibarətdir: uzun qütblü zond L, qısa qütblü zond S, daxilində temperatura nəzarət üçün, termokorreksiya sistemi quraşdırılmış təzyiq göstəricisi P, flyuid temperaturuna nəzarət göstəricisi T. Kabel variantında cihaz qamma-şüalanmasını ölçmək üçün, əlavə qeydiyyat kanalı ilə təchiz olunmuşdur (QK kanalı).

Uzun zond böyük diametrli boruların, quyunun konstruksiya elementlərinin, çoxkolonlu quyuların konstruksiyalarının təsdiqini təmin etmək üçün, NKB və istismar kolonunun inteqral xüsusiyyətlərini tədqiq edir. Şəkil 1-də NKB-nin qalınlığı və istismar kolonunun başmaqla lokalizasiyasının hesablanması nümunəsi göstərilmişdir. 

 

 

Şəkil 1. NKB-nin qalınlığı və istismar kolonunun başmaqla lokalizasiyasının hesablanması nümunəsi. 3770 metr dərinlikdə texniki kolonun başmağı yerləşmişdir. Boruların toplam qalınlığı-20 mm, texniki kolonda başmaqdan üstdə- 32 mm.

D60, D70-differensial defektoqram.

T nkb mm- NKB-nin qalınlğı;

T ik mm-istismar kolonu;

T xarici- flüidin temperaturu;

Rəngli açıqlama- inteqral defektoqram.

 

 

 

 

Qısa zond NKB-də və ya daxili diametri 120 mm-dən az olmayan kolonda, detallı tədqiqatın (defektlərin lokalizasiyası, perforasiya zonalarının təyini, qalınlığın ölçülməsi) aparılması üçün, nəzərdə tutulmuşdur.

Şəkil 2-də, 147 mm-lik, dəliklər sistemi 10-14 mm olan boruda, uzun və qısa zondlarla perforasiya defektinin lokalizasıyası göstərilmişdir. Boruda qısa zondun S2 defektoqramması, kolondakı qüsurları daha detallı lokalizasiya etməyə imkan verir.

 

Şəkil 2. Perforasiya defektinin uzun və qısa zondlarla təyini nümunəsi

L2-EHQ(elektrohərəkət qüvvəsi)-nin uzun zondla təyini

S2- EHQ-nin qısa zondla təyini

T1-mm-kolonun inteqral qalınlığı

Rəngli açıqlama- inteqral defektoqram.

 

 

 

 

Cihazın tərkibində yüksək həssaslıqlı təzyiq və temperatur göstəricilərinin olması, ölçülərin dəqiqliklə qeydiyyatdan keçirilməsini və quyunun texniki vəziyyəti haqqında əlavə məlumatların alınmasını mümkün edir.  

Təzyiq göstəricisinin işçi diapazonu flüidin sıxlığını və lazım olduqda quyudakı neft və qaz axını sərhədlərinin yerləşdiyi zonanı təyin edir (axın profilinin qurulması). Quyuların mufta birləşmələrindəki germetikliyinin pozulmasını və konstruktiv xətaların mövcud olması səbəbindən yaranan temperatur anomaliyasını qeyd etmək üçün, yüksək dəqiqliyə malik termometrdən (precision thermometer) istifadə edilir. Nümunə, texniki kolonun başmaq zonası şəkil 1

«Dağılmış kolon» defektlərini təyin edərkən, EKG-nin ilkin zaman göstəriciləri defektoqramlarından istifadə edilir. Kolondakı üfüqi defekt və ya dağılmaların mövcudluğu, cihaz – tədqiq olunan sahə arasında əlavə maqnit dalğaları yaradır və EKG-nin düşməsinin ilkin zaman göstəricilərini qeyd edir (L8-L10 defektoqramları).   

Şəkil 3-də 73 millimetrlik boruda kolonun üfüqi dağılmasının lokalizasiyası göstərilmişdir.

Şəkil 3. Modeldə yazı. Eninə dağılmanın lokalizasiyası

 L8-L20-uzun zondun defektoqramı

 T1-mm-kolonun inteqral qalınlığı

 Rəngli açıqlama- inteqral defektoqram.

 

 

 

Şəkil 4. Quyunun texniki vəziyyətinə nəzarət zamanı, NKB-də korroziyaya uğramış zonanın təyini üzrə, defektoskopla uğurlu aparılmış tədqiqat.

 

Şəkil 4. NKB-nin korroziyaya uğrama nümunəsi

L15-L18-uzun zondun defektoqramı

T1-mm-kolonun inteqral qalınlığı

T – flüidin temperaturu

Press-təzyiq

Rəngli açıqlama- inteqral defektoqram.

 

 

 

 

 

 

NKB-nin demontajından sonra, təyin olunmuş defekt zonası, göstərilən intervalda öz təsdiqini tapmışdır.

 

Şəkil 5. Korroziyaya uğramış NKB-nin kəsilişi.

 

 

 

Interpretasiya olunması üçün təqdim olunan material, kifayət qədər aydın və sadədir. Yüksək minerallaşmış quyu məhlulunun böyük sürətlə axını nəticəsində, köhnəlmə və ya dağılma boru daxilində baş vermişdir.

Quyunun texniki vəziyyətini tədqiq edərkən, boruların köhnəlməsini və dağılmasını təyin etmək üçün, şübhə doğuran sahələrin defektoqramları, kolonun sağlam intervallarının defektoqramları ilə müqayisə edilir. 

Quyunun konstruktiv elementlərindəki köhnəlmə və ya dağılmanı dəqiq qiymətləndirmək üçün, statistik materiallardan istifadə edilir. Bu statistik materialları, cihaz NKB-yə buraxılarkən fon ölçüləri aparıldıqda toplamaq mümkündür.10 ay periodu ilə aparılmış 2 tədqiqatın əsasında, NKB-nin texniki vəziyyətinin qiymətləndirilməsi nümunəsini şəkil 6-da görə bilərsiniz.,

NKB-nin texniki vəziyyətinin analizi, 2012 ildə aparılmış ilkin qeydiyyatla, 2013 ildə aparılmış tədqiqtların müqayisəsi əsasında yerinə yetirilmişdir.

Şəkil 6-da Kolonun 2400 metrə qədər olan üst hissəsində ilkin və sonrakı nəticələrin tamamilə identik olması müşahidə olunur. Təqdim olunmuş materiallar, quyunun təmirini daha sonrakı vaxtlarda aparılmasını mümkün edir..

Quyunun alt hissəsində, NKB borularının əyilməsi ilə müşayət olunan, kolonun ekssentrisit qabarması və az korroziyaya uğraması müşahidə olunur. Şəkil 7-də x090,5m dərinlikdə, inkişafı güman edilən korroziya fraqmenti əks olunmuşdur.  

 

Şəkil 6. NKB-nin texniki vəziyyətinin öyrənilməsi üçün, tədqiqat materiallarının müqayisəsi.

 

 

 

Şəkil 7. NKB defektlərinin tədqiqat materiallarının müqayisəsi metodu ilə aşkarlanması. 

 

 

 

 

Defektoskopun həssaslığını NKB-nin qalınlığına və ya korroziyanın inkişafına nisbətdə qiymətləndirmək üçün, laboratoriya tədqiqatları aparılmışdır. NKB-nin xarici divarında 55x20x1,5 mm (şəkil.8) ölçüdə defekt modelləşdirilmiş və defektoskopla ölçü aparılmışdır. Daha sonra «defekt» 100x20x1,5 mm-ə (şəkil.9) qədər süni şəkildə böyüdülmüş və təkrar ölçü aparılmışdır.

.

 

Şəkil 8. 73 mm diametrdə, 5,25 mm qalınlıqda olan NKB-də 55x20x1,5 ölçüdə xarici defektin modelləşdirilməsi.

 

Şəkil 9. 73 mm diametrdə, 5,25 mm qalınlıqda olan NKB-də, 100x20x1,5 ölçüdə xarici defektin modelləşdirilməsi.

 

 

 

Tədqiqat nəticələrinin birbaşa emalı, NKB-nin vəziyyətində hər hansı xətaların olmasını təyin etmir, defektin mövcudluğunu yalnız L16 defektoqramı ilə müəyyən etmək olar.  

Real quyuda aparılan ölçülərin interpretasiyası zamanı bu cür defektlərin aşkarlanması demək olar ki, mümkün deyil.

Tam zaman intervalında, 550х20х1,5 mm və 100х20х1,5 mm defektlərin defektoqramlarını müqayisə edərkən, xarici korroziyanın inkişafı daha aydın müşahidə edilir.

Eksperimentdən belə nəticə çıxarmaq olar ki, Veber MİD defektoskopu, tək kolonun divar qalınlığının inteqral dəyişikliklərini həssaslıqla qeyd edir. Hazırki halda bu ölçü 0,01 mm-dir.

 

Şəkil 10. 73 mm diametrdə olan NKB-də 100x20x1,5 ölçüdə xarici defektin iki ardıcıl aparılmış ölçüdən sonra lokalizasiyası olunur.

 

 

 

 

Veber MİD cihazı, defektlərin inkişafına nəzarətin və quyu təmirinin optimal vaxtının müəyyənləşdirilməsi üçün, mütəmadi aparılması vacib olan monitorinqin həyata keçirilməsi üçün, effektiv vasitədir.

Şəkil 11-də (Əlavə 1) və şəkil 12-də (Əlavə 2) Veber MİD defektoskopunun, istismar kolonunun konstruksiyasını və onun defektlərini NKB-də təyin etməsi üzrə,  işləməsi təsviri əks olunmuşdur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Əlavə 1

 

Şəkil 11. İstismar kolonunun konstruksiyasında dəyişikliklər(T2), istismar kolonu tikilərkən, divar ölçüləri müxtəlif olan borulardan istifadə olunmuşdur.

 

 

Əlavə2

 

İstismar kolonunun reper muftası

İstismar kolonunun muftası

NKB mufta

Şəkil 12. İstismar kolonunda NKB-dən aparılaraq perforasiyanın təyini.

T1- NKB-nin qalınlığı

T2-istismar kolonunun qalınlığı

L28-L41-defektoqramlar

İnterval 2743,3-2744,7 m- istismar kolonunun patrubkası

İnterval 2725-2730  m- istismar kolonunun patrubkası