Veber – 03

Veber – 03

VEBER-03 karotaj stansiyası neft quyularında kəşfiyyat, qazma və istismar prossesində, kompleks geofiziki tədqiqatların yerinə yetirilməsi üçün nəzərdə tutulmuşdur. Registratorun konstruksiyası müxtəlif prinsiplər əsasında işlənib hazırlanmışdır: təhlükəsizlik, əhatəlilik, funksionallıq.

VEBER-03 karotaj stansiyası neft quyularında kəşfiyyat, qazma və istismar prossesində, kompleks geofiziki tədqiqatların yerinə yetirilməsi üçün nəzərdə tutulmuşdur.

Registratorun konstruksiyası müxtəlif prinsiplər əsasında işlənib hazırlanmışdır: təhlükəsizlik, əhatəlilik, funksionallıq.

Stansiya digər yerüstü qurğular tələb etmədən, quyu cihazlarının işləmək qabiliyyətini təmin edir. Bundan əlavə karotaj diaqramlarının operativ şəkildə termik kağıza çıxarılması üçün, komplektasiyaya termoplotter daxildir (Veber 03). Registratorun proqram təminatı ilk növbədə qeydiyyat proseslərini yerinə yetirmək üçün tərtib olunmuşdur. VEBER tipli registratorun proqramı MS Windows (7, 10) əməliyyat sistemləri üçün işlənilmiş, Microsoft.NET FrameWork 3.5 platforması üzərində hazırlanmışdır.

Stansiya Veber 03 registratoruna qoşulan kimi avtomatik özünü test edir və hər hansı problem halında bu haqda bildiriş ekranda əks olunur.

Bənzər məhsullar

Müraciət forması