VEBER M1 karotaj stansiyası neft quyularında istismar prosesində kompleks geofiziki tədqiqatların yerinə yetirilməsi üçün nəzərdə tutulmuşdur.
Registratorun konstruksiyası müxtəlif prinsiplər əsasında işlənib hazırlanmışdır: təhlükəsizlik, əhatəlilik, funksionallıq.
Stansiya digər yerüstü qurğular tələb etmədən, quyu cihazlarının işləmək qabiliyyətini təmin edir. Veber M1 Karotaj stansiyasının ölçüləri və çəkisi olduqca əlverişlidir. Siz onu əl ilə daşınan stansiya kimi istifadə edə bilərsiniz. Registratorun proqram təminatı ilk növbədə qeydiyyat proseslərini yerinə yetirmək üçün tərtib olunmuşdur. Veber tipli registratorun proqramı MS Windows (7, 10) əməliyyat sistemləri üçün işlənilmiş, Microsoft.NET FrameWork 3.5 platforması üzərində hazırlanmışdır.
Stansiya registratora qoşulan kimi avtomatik özünü test edir və hər hansı problem halında bu haqda bildiriş ekranda əks olunur.