Ümumi məlumat
Kompensasiyalı Neytron cihazı, quyunun nizamsız formalarının kompensasiyasını təmin etmək üçün, kiçik və böyük məsafələr detektorlarından ibarət olan, neytron detektorlar cütü vasitısilə, sıxlıq karotajını yerinə yetirir. Kiçik və böyük detektorlardan alinan məlumatlar əsasında hesablanmış əyri, mövçud litoloji təsirləri qeydə alır.
Kompensasiyalı neytron cihazınin kiçik və böyük detektorlarında Lİ:l tipli 4,45sm X 5,08 sm ölçülü krisstallardan istifadə olunur. Krisstallar vasitəsilə alınan məlumatlar işıq impulsları şəklində mövcud olaraq, FEU krisstallarına ötürülərək, elektrik impulslarina çevrilir və məlumatların emalını təmin etmək üçün, zəruri sıviyyəyə qədər gücləndirilir. Siqnal, detektor qovşağından impulsun eni 5 mksan olmaqla, 400-500 mV mənfi qütblü impuls amplitudasında ötürülür.
Detektordan gələn siqnal, diskriminatora alt səviyyələrdə ötürülür. Diskriminator giriş impulsları bir neçə millivoltdan mində bir millivoltlar diapazonunda işləyir və tunel tipli diod sxemdın ibarətdir. Cihazlar dəstində istismarı təmin etmək üçün. 400mV-dan 500 mV-a qədər olan giriş səviyyəsindən istifadə olunur.