Ümumi məlumat
Veber QR quyu cihazı neft quyularındakı layların qamma şüalanması siqnallarını təyin edir. Cihaz qazma, kəşfiyyat və istismar quyularında istismar edilməklə zəruri tədqiqat materiallarını təqdim edir. Veber QR cihazı, quyu cihazları dəstində istismar olunduqda, komponovkanın üst tərəfində yerləşdirilir.
Veber QR quyu cihazının standart iş rejimi karotaj kabeli ilə impuls siqnallarını ötürməkdən ibarətdir. Cihazlar dəstinə qoşularkən, siqnalların sabit cərəyan şəklində ötürülməsi arzu olunandır.Bu zaman multivibrator ölçmə modulunu və siqnal tezliklərini sabit cərəyan siqnalları ilə xətli modul formalaşdıraraq əvəz edir.
Kabel vasitəsi ilə yuxarı sabit cərəyan siqnalları ötürülərkən, Veber QR cihazına yuxarıdan 4 və 6 cı naqillərlə dəyişən cərəyan qidalandırılması verilir. Bununla da telemetriyanın adapteri SABİT CƏRƏYAN SİQNALİ çıxışına çevrilir.