Ümumi məlumat
Rəqəmsal telemetriya sistemi, yerüstü karotaj stansiyası ilə istismar edilərək, Rₓₒ ikili yan karotaj modulunun işləməsini təmin edir və uzlaşdırılmış Rₓₒ qamma şüalanmasını təyin edir. Ötürücülər sistemi yeddi naqilli kabellə cihazlar dəstinin idarə olunması üçün, hesablanmışdır. Sistemin əlavə üstünlüyü, karotaj zamanı kabelə olan xarici təsirləri aradan qaldıraraq, məlumatların qüsursuz emal olunmasıdır.
İstifadə olunan konfiqurasiya, rəqəmsal ötürücünün eyni vaxtda 10 kanalla işləməsini təmin edir. Əlavə kanallar, quyudakı qidalandırılmanın vəziyyətini sabit saxlamaq üçün, kabel muftasının sonluğundakı gərginliyə fasiləsiz nəzarəti həyata keçirməyi mümkün edir. Temperatur dəyişikliyinə həssas olduğu üçün, detektorlarlar dyuar qabında yerləşdirilmişdir.